Məhkəmə qərarları › İş №3(060)-2599/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2599/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2599/2025 20.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əhmədli Cavad Məsmudi oğlunun iştirakı ilə, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 31063815 saylı qərardan X3 Məsmudi oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X3 Məsmudi oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilən EQ 31063815 saylı, xx.xx.2025-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan 20 manat məbləğində cərimə olunduğu qərarın ləğv edilməsini, şikayətin təmin edilməsini, EQ 31063815 saylı inzibati xəta haqqında protokolu tərtib etmiş əməkdaş barəsində xidməti fəaliyyətin yoxlanılmasına dair xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Əhmədli Cavad Məsmudi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, EQ 31063815 saylı, xx.xx.2025-ci il tarixili qərarla 346.1-ci maddə nəzərə alınaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq 20 AZN məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə işə getmək məqsədi ilə Sumqayıt Dəmiryolu Vağzalında nəqliyyat vasitəsini yolun hərəkət olmayan hissəsində parklama edib, sərnişin qatarı vasitəsi ilə işə getmişdir. Saat 12:59-da “Asanpay” ödəmə sistemindən gələn mesaj ilə nəqliyyat vasitəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən inzibati tənbeh haqqında qərar yazılmışdır. Yazılan inzibati tənbeh haqqında qərara etiraz edir. Belə ki, həmin AR İXM-in 346.1 -ci maddəsində Bu Məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edilir. Lakin onun nəqliyyat vasitəsini parklama etdiyi ərazidə heç bir qadağanedici yol nişanı yerləşdirilməmiş və həmin yer X5 Qanunun digər qadağanedici tələblərinin olduğu ərazi statusunda deyildir. Sözügedən ərazidə hər gün eyni şəkildə nəqliyyat vasitəsini park edib qatar vasitəsi ilə Bakı şəhərinə gedir. Periodik olaraq, yəni 1 ay müddət keçdikdən sonra cərimə tətbiq edilir. Bütün bunları nəzərə alaraq barəsində tərtib edilən EQ 31063815 sayl qərarın ləğv edilməsini, EQ 31063815 saylı inzibati xəta haqqında protokolu tərtib etmiş əməkdaş barəsində xidməti fəaliyyətinin yoxlanılmasına dair xüsusi qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Əhmədli Cavad Məsmudi oğlu şikayət ərizəsini müdafiə edərək, bu halla daha əvvəl də qarşılaşdığını, cəriməni ödədiyini bildirdi. Asan Pay vasitəsi ilə şikayət etmiş, bununla bağlı polis orqanından çağırılmış və ona qərardan narazıdırsa məhkəməyə müraciət etməsi bildirilmişdir. O, qeyd edilən İXMnin maddəsi ilə bağlı bir qədər araşdırma aparmışdır. Araşdırmasına baxmayaraq niyə görə həmin protokolun tərtib edilməsini başa düşməmişdir. Sözügedən ərazi Sumqayıt şəhəri, Dəmir Yolu Vağzalıdır. O, əksər hallarda avtomobilini həmin ərazidə saxlayır. İnzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu hesab edərək ləğv edilməsini və xidməti fəaliyyətin araşdırılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 31063815 saylı qərara əsasən Əhmədli Cavad Məsmudi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 31063815 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 346.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – https://e-qanun.az/framework/46960 iyirmi manat məbləğində cərimə edilir.” Qərardan şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkildən və videogörüntülərdən görünür ki, şikayətçinin avtomobilini saxladığını ərazidə dayanma və durmanı qadağan edən hər hansı nişan və ya işarə mövcud deyildir. Buna görə də inzibati xətanın qeydə alındığı zaman Saturn Astra minik markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin nişanın təsiri altına düşməsini və qeyd olunan nəqliyyat vasitəsi tərəfindən həqiqətən də yol hərəkət qaydasının pozulubpozulmamasını müəyyən etmək mümkün deyildir. Məhkəmə inzibati iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi və videogörüntü təqdim edilməsi üçün məhkəmə iclasını təxirə salsa da, Baş X6 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu səbəbədən işlə bağlı əhəmiyyət kəsb edən məlumatların alınması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. - 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, Əhmədli Cavad Məsmudi oğlu barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də Əhmədli Cavad Məsmudi oğlunun şikayətində göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31063815 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Əhmədli Cavad Məsmudi oğlunun şikayətinin EQ 31063815 saylı inzibati xəta haqqında protokolu tərtib etmiş əməkdaş barəsində xidməti fəaliyyətin yoxlanılmasına dair xüsusi qərar qəbul edilməsinə dair hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin əməkdaşının xidməti fəaliyyətinin yoxlanılması məhkəmənin səlahiyyətləri daxilində olmadığından məhkəmə şikayətin həmin hissədə təmin olunmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101, və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Əhmədli Cavad Məsmudi oğlunun şikayəti qismən təmin edilsin. Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 31063815 saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar