Məhkəmə qərarları › İş №3(060)-26/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-26/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-26/2021 02.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə, 02.12.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, 30.09.2020-ci il tarixdə saat 15:20 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində manevr qaydasını pozaraq Nama-48 markalı mopedlə toqquşmuş, nəticədə moped sürücüsü yüngül dərəcəli bədən xəsarəti almışdır. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 30.11.2020-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xətaya dair iş materiallarında olan 13 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs idarə etdiyi Merceds Benz 200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 sentyabr 2020-ci il tarixdə təxminən saat 15:20 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə üzü Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkət edən zaman 12 nömrəli binanın qarşısında X2 idarə etdiyi Nama-48 markalı mopedi vurması nəticəsində sonuncu xəsarət alaraq Sumqayıt şəhəri TTYX-na müraciət etmişdir. İlkin yoxlama zamanı Şəxs izahat verərək bildirmişdir ki, Mercedes-Benz 200 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir, 30 sentyabr 2020-ci il tarixdə saat 15:20 radələrində idarə etdiyi həmin avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə üzü Ü.Hacıbəyovv küçəsi istiqamətində 50 km/saat sürətlə öz hərəkət istiqamətində hərəkət etmiş, həmin vaxt qarşıdakı yolun sağ hissəsi ilə mopedçi hərəkət etmiş, hərəkət edən zaman mopedçi sola dönmüş və bu vaxt idarə etdiyi avtomobili sola döndərib hadisədən yayınmaq istəsə də idarə etdiyi avtomobilin sağ güzgü hissəsi ilə moped toqquşmuş, bu vaxt mopedçi xəsarət almasa da yalandan xəsarət aldığını bildirib Sumqayıt şəhəri TTYX-na getmişdir. İlkin yoxlama zamanı X3 izahat verərək bildirmişdir ki, Nama-48 markalı, mühərrikinin iş həcmi 49 kub/m olan mopeedi vardır, təxminən 2 həftə olar ki, “Kral Lahmacun” restoranında kuryer işləyir. 30 sentyabr 2020-ci il tarixdə təxminən saat 15:20 radələrində həmin restoranın kassiri ilkin ona Sumqayıt şəhəri, Çerkasi küçəsi, Yaşıldərə yaşayış massivində yerləşən avtomobil yuma məntəqəsindən 4 ədəd dönər sifariş verildiyini bildirmiş, buna görə də sifarişii götürüb qeyd edilən ünvana getmiş, idarə etdiyi Nama-48 markalı, mühərrikin iş həcmi 49 kub/m olan mopedlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində olan restorandan Çerkassi küçəsinə düşmüş və üzü Ü.Hacıbəyov küçəsi istiqamətində hərəkət edib təyinat nöqtəsinə 30 km/saatda hərəkət edərək avtoyuma məntəqisən çatanda sola dönmə işığını yandıraraq yolun sol kənarını tutub sola dönmək istəyən zaman arxadan Mercedes Benz 200 markalı, **-BB-***dövlət qeydiyyat nişannlı avtomobilin dürətlə gəldiyini görüb sağ trəfdən keçəcəyini, yaxud da onun dönməyini gözləyəcəyini düşünmüş, sola dönən zaman həmin avtomobil də sol tərəfdən onu ötmək istəyərkən sağ güzgü və sağ qabaq qapə hissəsi ilə onu vurub yerə yıxmış və həmin avtomobilin altında qalmış, sürücü avtomobili saxlamış və ətrafdan gələn adamlar onu maşının altından çıxartmış, orada sürücü və onun yaxın adamları xəstəxanaya hələ getməməsini, sığorta və polisin gəlməsini gözləməsini bildirmiş, ancaq onların heç kimin çağırmadığını görüb özü xəstəxanaya getmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” Publik hüquqi şəxsi Sumqayıt şəhər Şöbəsinin 08.10.2020-ci il tarixli, 1211 saylı rəyinə əsasən X2 bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol gicgah-təpə nahiyəsinin şişkinliyi-hematoması, bel fəqərəarası bağların gərilməsi, sol bel nahiyyəsinin qançırı xəsarətləri vardır, qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 5-7 gün əvvəl olmaqla 30.09.2020-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni YHH zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərə aid edilir. Azərbaycan Respublikası DİN-in BDYPİ Sumqayıt regional qeydiyyat-imtahan və Texniki baxış şöbəsinin 13.10.2020-ci il tarixli, 302-3038-1220 saylı məktubuna əsasən Şəxs 23.02.2018-ci il tarixdə AE036073 saylı “BC” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Sumqayıt şəhər narkoloji Dispanserinin 30 sentyabr 2020-ci il tarixli, 5558 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən Şəxs sərxoşluq vəziyyəti yoxdur. Qüvvədə olan cinayət qanunvericiliyinin tələblərinə görə avtomobil, tramvay və ya digər exaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istisamarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda şəxsin əməlində Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyəti yaradır. Lakiin baş vermiş hadisə zamanı X1 yüngül zərərvurmaya aid olan xəsarət aldığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında haqqında qərar 13 oktyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi AR İXM-in 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırma növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar