Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-26/2022 11.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün prosessual müddətin buraxılıb-buraxılmaması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X2 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin qərarın ləğv edilməsinə dair X2 tərəfindən şikayət verilmiş və inzibati xəta haqqında iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3335/2021 saylı, 18.10.2021-ci il tarixli qərardadı ilə şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmaması məsələsinin həll edilməsi üçün AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunması ilə bağlı vəsatət daxil olmuşdur. İş materiallarında olan barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 vəsatətindən görünür ki, sahibkarlıq fəaliyyətini həyata keçirdiyi "Liman" ailəvi istirahət mərkəzinin fəaliyyəti ilə əlaqədar AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (bundan sonra orqan) tərəfindən 15.07.2021-ci tarixli 111895 saylı qərarı ilə barəsində 2000 (iki min) manat miqdarında cərimə tətbiq edilmişdir. Cərimənin tətbiq edilmə əsası kimi İXM 237.1-ci maddəsinə əsasən "Liman" iaşə obyektinin fəaliyyəti ilə əlaqədar vəzifəli şəxs qismində 2000 manat cərimələnmişdir. Orqanın bu qərarı tamamilə qeyri-qanuni, ədalətsiz və qərəzlidir. Belə ki, Orqan cərimə tətbiq etməmişdən əvvəl inzibati araşdırılma aparıldığını bildirsə də, heç bir araşdırılma aparılmamışdır. Əgər ki, araşdırılma aparılsaydı aşağıda göstərilən xüsusatlar aşkara çıxar və bu formada qeyriqanuni və heç bir normaya əsaslanmayan qərar çıxarılmazdı. inzibati tənbeh tətbiq edilməsinə dair müvafiq qərardan tərəfindən inzibati qaydada Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilmişdir. Şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsi 3(060)- 3336/2021 saylı 18.10.2021- ci il tarixli qərardadı ilə şikayətini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Geri qaytarmaya əsas kimi şikayət vermə müddətinin ötürülməsi və müddətin bərpasına dair vəsatət verilməməsi bildirilmişdir. Nəzərə almaq lazımdır ki, İXM-nin 57-ci maddəsində sənədlərin rəsmi qaydada verilməsi və hansı andan şikayət müddətnin hesablana bilməsinə dair müddəalar öz əksini tapmışdır, inzibati tənbeh qərarı tərəfinə rəsmi qaydada təqdim edilmədiyindən tərəfindən şikayət vermə müddətinin ötürülməsindən söhbət belə gedə bilməz. Məhkəmə bu halı araşdırmamış və müddətin ötürüldüyü qənaətinə gəlmişdir. Halbuki Məhkəmə bunu sübut edə biləcək hər hansı hala istinad etməmişdir. İXM-nin 130-cu maddəsinə əsasən Вu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Əlavətən nəzərə almaq lazımdır ki, Məhkəmənin tərəfinə göndərdiyi qərardadda da uyğunsuzluq mövcuddur. Belə ki, qərardadın 18.10.2021-ci il tarixdə qəbul olunduğu qeyd edilsə də, qərardadın qoşması kimi göndərildiyi məktub isə 15.10.2021- ci il tarixlidir. Yəni bu hissədə də uyğunsuzluq var. Qərardad onun göndərildiyi məktubdan köhnə tarixə aiddir. Əlavə olaraq nəzərə almaq lazımdır ki, Məhkəmə öz qərardadında İXM-nin 132-ci-maddəyə istinad vermişdir. 132-ci maddə özündə inzibati icraatı rədd edən halları ehtiva edir. Halbuki məhkəmənin hazırlıq iclasında icraatı rədd edən halların olub- olmamasına ümumən münasibət bildirilməmiş və müddətin ötməsi kimi bir anlayış İXM-nin 53-cü maddəsində öz əksini tapmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 15.07.2021-ci tarixli inzibati tənbehə dair qərar üzrə şikayət vermə müddətini bərpa edilməsi və şikayətinin icraata qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, iş materiallarını araşdırıb belə hesab edir ki, iş materialında olan vəsatətdən görünür ki, barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir, lakin prosessual müddətin üzrlü səbəblərdən buraxıldığını təsdiqləyən heç bir mötəbər sübut Məhkəməyə təqdim edilməmişdir. Buna görə də, AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə üçün buraxılmış prosessual müddətin bərpası rədd olunsun. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 130.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 06.05.2021-ci il tarixli, 3(060)-3578/2021 saylı qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 tərəfindən verilmiş AR ETSN-nin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 15.07.2021ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti vermə müddətinin bərpası rədd edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-26/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-26/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver