Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2605/2022 05.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yolpatrul xidməti inspektoru, polis baş serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yaşıllaşdırma idarəsində bağban vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 334.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsinin dövlət yol polis şöbəsinin (bundan sonra mətndə Sumqayıt şəhər DYPŞ) polis baş serjantı X4 tərəfindən Şəxs barəsində 04 oktyabr 2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, “Opel Vectra minik” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Yaşıllaşdırma idarəsində bağban vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 342.5 və 334.1-ci maddələrinin pozulması hallarına yol vermişdir. Nəticədə o İXM-nin 342.5 və 334.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətaları törətmişdir. Sumqayıt şəhər DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 05 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı, X4 izahat verərək bildirdi ki, 04 oktyabr 2022-ci il tarixdə onlara təhkim olunmuş ərazidə reyd keçirilmişdir. Reyd zamanı tərəfindən **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsi saxlayaraq sənədlərin təqdim olunmasını tələb etdikdə sürücü sənədlərini evdə unutduğunu bildirmişdir. Bu halda o, xidməti avtopatrulda olan bortkompyuter vasitəsi ilə sürücünün şəxsiyyətini müəyyən etmək istədikdə sürücü ona yanlış soyad “Ələmov” deyrək onu aldatmışdır. Yoxlama zamanı adını sonradan bildiyi Şəxs sürücülük hüququnun olmaması müəyyən edilmişdir. Ünsiyyət zamanı sürücünün nəfəsindən spirt qoxusu gəldikdə onu həkim müayinəsinə dəvət etmiş, lakin sürücü həkim müayinəsinə getməkdən imtina etdikdə sürücünü alkotester vasitəsi ilə müayinə etmiş, müayinə zamanı sürücü tərəfindən avtomobili sərxoş halda idarə etməsi aşkarlanmışdır. Lakin buna baxmayaraq sürücü avtomobili onun tərəfindən idarə edilmədiyini, avtomobilin İlqar adlı başqa şəxs tərəfindən idarə edilidyini bildirmişdir. Xidməti avtopatrulda olan video baxış zamanı müəyyən olunmuşdur ki, avtomobili Şəxs idarə etmişdir. Bu səbəblə də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsinə görə Şəxs barəsində İXM-nin 342.5 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 04 oktyabr 2022-ci il tarixdə ailəvi qonaqlıqdan qayıdarkən o, spirtli içki qəbul etdiyindən özünə məxsus avtomobili İlqar adlı qonşusuna verərək onları evə aparmsını bildirmişdir. O İlqarın mobil nömrəsinə öz telefonundan saat 21:30 da zəng edərək onu yeyib içdiyi yerə çağırmışdır. Yolda olan zaman onlarla birlikdə yeyib içən digər avtomobili idarə edən tanışlarını DYPŞ-nin əməkdaşları saxladığını gördükdə o İlqara avtomobili saxlamasını, digər avtomobili saxlanılma səbəbini öyrənmək üçün avtomobildən enərək YPX-nin əməkdaşına yaxınlaşmışdır. Bu zaman YPX-nin əməkdaşı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olduğunu soruşduqda avtomobilin ona məxsus olmasını bildirmişdir. YPX-nin əməkdaşı onu alkotester vasitəsi ilə müayinə etmiş, onda sərxoşluq halı aşkar olumuşdur. Lakin o, YPX-nın əməkdaşına bildirmişdir ki, avtomobil ona məxsus olsa da, avtomobili o idarə etməmişdir. O həmin avtomobildə qabaq tərəfdə sərnişin kimi əyləşmişdir. Avtomobili idarə edən isə qonşusu İlqar olmuşdur. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 334.1-ci maddədən əlavə İXM-nin 342.5-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 342.5-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. İş materialında olan xx.xx.2022-ci il tarixli alkoqol miqdarının ölçülməsini təsdiq edən qəbzdən görünür ki, müayinə zamanı Şəxs 0.347 promil sərxoşluq faktı aşkar olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 Biriliyinin 23 aprel 2007-ci il tarixli, 008500 №li vəsiqədən görünür ki, (Şəxs atası) X2 şəhid ailəsi statusu verilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, məhkəmə iclas zalında DVD video diskə və Şəxs mobil telefonuna baxış keçirərək hesab edir ki, Şəxs İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədəki izahatını özünü müdafiə xarakterli hal kimi qiymətləndirir və onun inzibati məsuliyyətdən yaxa qurtarması üçün verilən izahat kimi qiymətləndirir. Belə ki, məhkəmə iclas zalında DVD video diskə baxış keçirilərkən **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının açılmaması, lakin Şəxs artıq yol polisi əməkdaşlarının yanında olması müəyyən olunmuşdur. Bundan başqa məhkəmə iclasında Şəxs mobil telefonuna baxış keçirilərkən onun mobil nömrəsindən İlqar adlı qonşusunun telefonuna saat 21:30-da zəng getməsi müəyyən olunmamışdır. İşin qeyd olunan halları Şəxs məhkəmə iclasındakı izahatının səmimi olmamasına, həmin izahatın məsuliyyətdən yaxa qurtarmaq məqsədi güddüyünü təsdiq edir. İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs atasına şəhid ailəsi statusu verilməsini məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2605/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2605/2022
05.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver