Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2607/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, qərardadan şikayət vermiş şəxs X1 və onun vəkili - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Sumqayıt şəhər X9 X7 Xidmətinin 24 oktyabr 2023-cü il tarixli, TP-6065665 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 vəkili Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 vəkili Vəkil Sumqayıt şəhər X9 X7 Xidmətinin 24 oktyabr 2023-cü il tarixli, TP- 6065665 nömrəli qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək, qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Sumqayıt şəhər X9 X7 Xidmətinin xx.xx.2023 -cü il tarixli, TP-6065665 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bnundan sonra - İXM) 329.3, 327.2, 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. O, 22 oktyabr 2023-cü il tarixdə, saat 22:50-də Sülh küçəsi ərazisində “CHEVROLET CRUZE MİNİK” markalı, 77CY327 dövlət qeydiyyat avtomili idarə edərkən normativ tələblər nəzərə alınmaqla avadanlığın dəyişdirilməsinə görə cərimə olunmuşdur. İXM-in tələbində göstərilən hansı normativlərin pozulması bəlli deyil. O, ekspertiza təyin edilməsini tələb etsə də, buna məhəl qoyan olmamışdır. Bu məsələ də xüsusi bilik tələb etdiyi üçün də bu pozuntunu, uyğunsuzluğu yalnızca ekspertiza müəyyən edə bilərdi. Şifahi olaraq belə ona izah edilməmişdir ki, məhz pozulan tələb nədir, hansı standart və normalara əsaslanıb. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Qərardan şikayət vermiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, ona məxsus avtomobilin hər dörd təkərinin üzərində olan yayları dəyişərək “sport” yaylarla əvəz etmişdir. Bu dörd təkərdə də dəyişildiyi üçün avtomobildə oxlar üzrə ağırlığın paylanması pozulmamışdır. Sadəcə avtomobilin altı azca yerə yaxınlaşmışdır. Bu isə normativ tələblərin pozulması demək deyildir. xx.xx.2023-cü il tarixdə, saat 22:50-də avtomobilin gecəgörmə işıqlarının sönülü olması, işıqforun qırmızı işığının tələblərinin pozulması və digər səbəblərə görə Yol Patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. İlk iki halı etiraf edir və buna etirazı yoxdur. Avtomobili cərimə duracağına aparmış və 2 gün sonra isə qərarla cərimə edilmişdir. Qeyd edilənlərə əsasən X2 şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. X1 vəkili Vəkil izahatında bildirdi ki, qəbul edilmiş qərar əsassızdır. Belə ki, şikayətçinin avtomobilində normativ tələblər pozulmamışdır. Bu halın əksini sübutetmə vəzifəsi qərarı qəbul etmiş orqanın üzərinə düşür. Qəbul edilmiş qərarda qanunvericiliyin hansı tələbinin pozulması bəlli deyil. Ekspert rəyi mövcud deyil və avtomobilin fotoşəkli belə çəkilməmişdir. Əgər şikayətçi öz avtomobilin ön və ya arxa təkərlərinə yaylar quraşdırmış olsaydı, bu zaman ağırlığın oxlar üzrə paylanması pozulmuş olar və İXM-in 342.2.3-cü maddəsinin əhatə dairəsinə düşərdi. Hazırkı vəziyyətdə isə quraşdırılmış “sport” yayların hansı normativi pozması müəyyən edilmir. Qeyd edilənlərə əsasən vəkil şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İXM-in 342.2.2-ci madəsində göstərilmişdir ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə yüz əlli manat məbləğində cərimə edilir. Qeyd edilən normanın məzmunundan görünür ki, şəxsin qeyd edilən maddəyə əsasən məsuliyyətə cəlb edilməsi üçün avtomobilə onun zavod konstruksiyasında nəzərdə tutulmayan əlavə avadanlıq quraşdırılmalı və həmin avadanlıq quraşdırılarkən normativ tələblər pozulmuş olmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar (İ.). Nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: 1) nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; 2) nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmət göstərməlidirlər; 3) texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər (İİ.). Azərbaycan Respublikası Daxili İşlər Nazirinin xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə X8 nəzarəti qaydaları barədə Təlimat”da göstərilmişdir ki, AR DİN Baş DYP idarəsinin Avtotexniki müfəttişlik şöbəsi iş fəaliyyəti ilə əlaqədar aşağıdakı vəzifələri yerinə yetirir: 6.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yeni istehsal olunan nəqliyyat vasitələrinə, habelə nəqliyyat vasitələrinin konstruksiyalarının hazırlanmasına və ya yenidən avadanlıqlaşdırılmasına, aqreqat və ban hissələrinin dəyişdirilməsinə, layihə sənədləri tələb olunan hallarda hərəkət təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından rəy verir, onların sınaqlarında iştirak edir, tələblərə cavab verməyən nümunələrin istehsaldan çıxardılması barədə təqdimat verir; 6.1.2. layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə yenidən quraşdırılması barədə razılıq verir (6.1.) Layihə sənədləri tələb olunmayan avadanlıqların nəqliyyat vasitələrinə quraşdırılmasının siyahısı (Təlimata 6 №-li əlavə) Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən müəyyən edilir. Görüləcək yenidən quraşdırma işlərinin BDYPİ ilə razılaşdırılması üçün vətəndaşlar ərizə (Təlimata 3 nömrəli əlavə) ilə birlikdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini də təqdim edirlər (10.1.). Qeyd edilən qərardan göründüyü kimi avtomobillərə texniki konstruksiyada nəzərdə tutulmayan əlavə avadanlıqların quraşdırılması və avtomobilin zavod konstruksiyasında dəyişiklik edilməsi halında bununla bağlı müvafiq razılıq alınmalıdır. Lakin, şikayətçi müvafiq orqandan belə bir icazə almadan avtomobildə onun zavod konstruksiyasında nəzərdə tutulmayan dəyişiklik etmişdir. Bununla da o, İXM-in 342.2.2-ci maddəsinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru, polis serjantı X3 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Buna görə də X1 şikayəti təmin olunmamalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və İXM-in 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmasın, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2607/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2607/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver