Məhkəmə qərarları › İş №3(060)-2609/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2609/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2609/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəməyə xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Feyruz Tağıyevin inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsi daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin 2020-ci il üzrə maliyyə hesabatlarına 6 dekabr 2021-ci il tarixdə auditor rəyi verilmiş və həmin rəy Auditorlar Palatasına 2021-ci ildə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Feyruz Tağıyevin ərizəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən bütün hallar aydınlaçdırılmamışdır, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir, səlahiyyətli orqan özü də sənədlərin geri qaytarılmasını istəyir. Ərizənin təmin edilməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Feyruz Tağıyevin inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilsin. "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 27 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar