Məhkəmə qərarları › İş №3(060)-2610/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2610/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2610/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində qərar çıxarılmış şəxs X2 iştirakları ilə, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən X3 barəsində tərtib olunmuş protokolun ləğv olunmasına dair verilmiş şikayətin baxılmağa hazırlanması zamanı müəyyən etdi: X3 ərizə ilə müraciət edərək, Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı 29.07.2021-ci tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsini onunla əsaslandırmışdır ki, ona istinad olunan inzibati xətaları törətməmiş, İXM tələblərini pozmamışdır. Barəsində çıxarılan protokol əsassızdır. Tərtib edilmiş inzibati xəta haqqında protokoı qüsurludur və qanuni deyil. O, heç bir inzibati xəta törətməmiş, əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də, protokol ləğv edilməli, iş üzrə icraata xitam verilməli və kompensasiya müəyyən edilməlidir. X1 məhkəməyə ərizə ilə müraciət edərək şikayət ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasənbarəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmişşəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işüzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yerüzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə görə şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Ərizə və ona əlavə edilmiş sənəddən görünür ki, şikayət vermiş X3 Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı 29.07.2021-ci tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini, kompensasiyanın həddinin müəyyən edilməsini məhkəmədən xahiş etmiş, lakin şikayət ərizəsi düzgün tərtib edilmədiyindən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 132.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi tərəfindən X3 barəsində tərtib edilmiş İXP ******* saylı 29.07.2021-ci tarixli inzibati xəta haqqında protokolun ləğv olunmasına və kompensasiyanın müəyyən edilməsinə dair verilmiş şikayət geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar