Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2612/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Qubadlı rayonu, Çaytumas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Çaytumas kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 03 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 02.08.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi Şəxs YPX-nın əməkdaşları tərəfindən saxlanılıb və onların qanuni tələbinə tabe olmamışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 02.08.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsilə 45-ci məhəllədə öz işi ilə əlaqədar olaraq qeyri qida mallarının dükanlara paylamağa gedərkən onu YPX-nin əməkdaşları saxlamışdır. O, YPX-nin əməkdaşlarından hansı qayda pozuntusunu törətdiyini soruşduqda YPX-nin əməkdaşları ondan avtomobilin üzərində reklam şəklinin icazə vərəqəsini olub-olmadığını soruşduqda, onlara reklam şəklinin icazə vərəqəsinin olmadığını və zavod istehsalı olduğunu bildirmişdir. Daha sonra firmanın müdrinə zəng dərək bu haqqda məlumat verdikdən sonra onu PPX-nin əməkdaşları Sumqayıt şəhər polis idarəsi 3-cü polis bölməsinə gətirdilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X2 izahatında bildirdi ki, 02.08.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, Bədəlbəyli küçəsində polis baş serjantı Kənan Əliyevlə birlikdə 2025 çağrışlı YPX avtomaşında xidmətdə olduğda “Ford Transit” markalı **-CP-*** dövlət qeydiiya nişanlı avtomaşının sürücüsü nəqliyyat vasitəsinin üzərində reklam olduğu üçün tərəflərindən sarışan işıqlar vasitəsi ilə saxlanıldı. Sürücüyə qayda pozuntusu nizah olundu. Ondan nəqliyyat vasitəsini duracağa təmin olunmasını bildirdilər. Lakin, o, nəqliyyat vasitəsini duracağa təmin etmək istəmədi və açarları təqdim etmədi. Onlar hadisə yerinə PPX-nin avtomaşınını çağırdılar. Hadisə yerinə 9181 çağrışlı PPX avtomaşını gəldi və sürücü Şəxs açarı təqdim etmədiyi üçün 3-cü polis bölməsinə apardılar. Avtomaşını isə aidiyyəti üzrə mühafizə olunan duracağa yerləşdirdilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin, sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan inzibati qaydada tutma haqqında 02.08.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 02.08.2021-ci il tarixdə, 18:40-da inzibati qaydada tutulmuş və 03.08.2021-ci il tarixdə azad olunmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs peşimançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 100,00 (bir yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2612/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2612/2021
03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver