Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2613/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt səhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Ermənistan-Qafan rayonu, Qaraçimən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində 06 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 18600 (on səkkiz min altı yüz) manat aliment borcunu üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər uşağa görə hər ay 93 (doxsan üç) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunsa da, alimenti ödəməsi barədə xəbərdar edilsə də, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmiş və alimenti ödəməmişdir. Borclu alkoqalizmdən əziyyət çəkir və müalicə almışdır. Şəxs barəsində axtarış elan olunmuş və Sumqayıt ŞPİ-si tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Beləliklə bu günədək heç bir ödəniş etməmiş və 18600 (on səkkiz min altı yüz) manat aliment borcu yaranmışdır. Onun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq ondan hər uşağa görə hər ay 93 (doxsan üç) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İçki düşkünü olduğunu və tüfeyli həyat sürdüyünü bildirdi. Halhazırda imkanı olmadığını və gələcəkdə hissə-hissə ödəniş edəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bidirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2710/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər uşağa görə hər ay 93 (doxsan üç) manat olmaqla, cəmi 186 (bir yüz səksən altı) manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Əvvəllər Türkiyə Respublikasında yaşadığını, mart ayından Azərbaycan Respublikasına gəldiyini, şşləmədiyini və uşaqlara baxmaqda çətinlik çəkiyini bidirdi. Bugünədək aliment borclu borcundan heç bir ödəniş etməmiş və 18600 (on səkkiz min altı yüz) manat aliment borcu yaranmışdır. Borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs tərəfindən icra sənədi üzrə 18600 (on səkkiz min altı yüz) manat məbləğində alimentin borcunun ödənilməməsini məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 06 oktyabr 2022-ci il, saat 14:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkilnın göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2613/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2613/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver