Məhkəmə qərarları › İş №3(060)-2616/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2616/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2616/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texnopark olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmamasına görə inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 19 oktyabr 2022-ci il tarixə təyin edilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 yazılı vəsatətinə əsasən hazırkı işin baxılmasını 31 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19 oktyabr 2022-ci il tarixdə məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Maliyyə Nairliyinin etibarnamə üzrə nümayəndəsi X6 izahatında qeyd etdi ki, Şəxs MMC barəsində 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi aparılmamışdır. Bu səbəblə də Şəxs MMC barəsində məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək qeyd etdi ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditi 31 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən audit olunmuşdur. Bundan başqa hazırkı iş üzrə inzibati xətanın törədilməsi ilə mühasibatlıq uçotu sahəsində, habelə kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və konsolide edilmiş maliyyə hesabatlarının təqdim edilməsi sahəsində effektiv dövlət nəzarətini həyata keçirməli olan maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin iyul ayının 10-dan gec olmayaraq aşkar edilməlidir. Lakin Maliyyə Nazirliyi Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu 1 il 2 aydan sonra 28 sentyabr 2022-ci il tarixdə tərtib edilmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən bu inzibati xətaya görə inzibati tənbeh ən geci 01 ilə qədər tətbiq edilə bilərdi. İnzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə İXM-nin 53.1.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs MMC İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakıları qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə 03 avqust 2022-ci il tarixdə yazılı surətdə bildiriş göndərməklə, 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə 28 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da Azərbaycan Rerspublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə gəlmələri xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Şəxs MMC-yə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş 31 oktyabr 2022-ci il tarixli müstəqil auditorun hesabatından görünür ki, STP Metal Structures” MMC-nin maliyyə hesabatlarının auditin aparılması 31 oktyabr 2022-ci il tarixdə "xxxx" MMC tərəfindən aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş iş üzrə icraata xitam verilməsi barədə ərizəsindən görünür ki, hazırkı iş üzrə inzibati xətanın törədilməsi ilə mühasibatlıq uçotu sahəsində, habelə kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və konsolide edilmiş maliyyə hesabatlarının təqdim edilməsi sahəsində effektiv dövlət nəzarətini həyata keçirməli olan maliyyə Nazirliyi tərəfindən 2021-ci ilin iyul ayının 10-dan gec olmayaraq aşkar edilməlidir. Lakin Maliyyə Nazirliyi Şəxs MMC barəsində inzibati xəta haqqında protokolu 1 il 2 aydan sonra 28 sentyabr 2022-ci il tarixdə tərtib edilmişdir. İXM-nin 38.1-ci maddəsinə əsasən bu inzibati xətaya görə inzibati tənbeh ən geci 01 ilə qədər tətbiq edilə bilərdi. İnzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə İXM-nin 53.1.6-cı maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, bu səbəblə Maliyyə Nazirliyi tərəfindən STP Metal Structures” MMC barəsində tərtib edilmiş 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında əsasında başlanılmış iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Şəxs MMC tərəfindən İXM-nin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Şəxs MMC illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq qurumuna təqdim etməmişdir. Şəxs MMC “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə həyata keçirilməli olan məcburi auditdən yayındığına görə İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbehin 2021-ci il ərzində tətbiq edilə bilməsinə dair barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə təqdim edtiyi ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Başqa sözlə, inzibati xəta hərəkətlərinin bitmə vaxtı xx.xx.2021-ci il tarixi götürülməli və bir il ərzində, yəni xx.xx.2022-ci il tarixədək inzibati xəta haqqında qərar qəbul edilməlidir. İnzibati xəta materiallarından görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən 28 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, Şəxs MMC illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini inzibati xəta haqqında protokol tərtib edilənədək, yəni 28 sentyabr 2022-ci il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq qurumuna təqdim etməmişdir. Şəxs MMC “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda 2020-ci il üzrə maliyyə hesabatlarının auditinin 2021-ci ildə həyata keçirilməli olan məcburi auditdən yayındığına görə İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC-nin barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev Texnopark olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar