Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2627/2021 21.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, «ABŞERON MAKİNA” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx"” MMC barəsində inzibati xəta haqqında 02 avqust 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 25200,00 ABŞ dolları məbləğində olan vəsaiti 26.07.2019-cu il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 25200,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Buna görə də, "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2627/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5.040.00 (beş min qırx) (25200.00 x 20%) ABŞ dolları məbləğində cərimə olunmuşdur. "xxxx" MMC tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2627/2021 saylı, 18.08.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinə əsasən inzibati iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 3(105)-611/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı iləSumqayıt Şəhər Məhkəməsinin 3(060)-2627/2021 saylı, 18.08.2021-ci il tarixli qərarı ləğv edilmiş və "xxxx" MMC tərəfindən apellyasiya şikayətində göstərilən xüsusatlar və şikayətə əlavə edilmiş sənədlərin səhihliyi, yəni ödənilən pulun əvəzində 102 gün müddətində malın ölkənin gömrük ərazisinə daxil olması barədə dəlillər tərəflərin iştirakı ilə araşdırılaraq obyektiv nəticə verilməsi üçün işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında «ABŞERON MAKİNA” MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, protokol əsassızdır. 26 iyul 2019-cu il tarixli 011 nömrəli köçürmə ərizəsinə əsasən göndərilən mallar üçün ödəniş 25.200 ABŞ dolları tələb edilmiş və həmin tələbə əsasən "xxxx" MMC-nin "xxxx" BANK ASC-də olan hesabından 26 iyul 2019-cu il tarixli ödəniş tapşırığı 25.200 ABŞ dolları məbləğində pul satıcının “GARANTİ BANKASİ İMES SANAYİ BRANCH” bank hesabına qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Bank tərəfindən təsdiq edilmiş 26 iyun 2019-cu il tarixli Gömrük Bəyannaməsindən görünür ki, ödənilmiş 25.200 ABŞ dolları məbləğində pulun əvəzində müqavilədə və bəyannamədə qeyd edilmiş mallar Azərbaycan Respublikasına idxal edilmişdir. Həmin yük gömrük bəyannaməsi və bütün lazımi digər sənədlər də banka təqdim edilmişdir. Göründüyü kimi 25.200 ABŞ dolları məbləğində ödənişin aparıldığı gündən, yəni 26 iyul 2019-cu il tarixindən etibarən 31 oktyabr 2019-cu il tarixədək 102 gün ərzində həmin vəsait hesabına alınan mallar tam şəkildə ölkəyə idxal edilmiş və bunu təsdiq edən yük gömrük bəyannaməsi və digər sənədlər də banka təqdim olunmuşdur. **********9629 saylı X3 44cü qrafasında 4011 rəqəmi yazılmış hissəsində müqavilə tarixi hissəsində 24 iyul 2019-cü il tarixi qeyd edilsə də, 7000 rəqəmi yazılmış hissəsində 24 oktyabr 2019-cu il tarixi qeyd edilmişdir. Bəyannaməşi tərəfindən yanlışlıqla 24 iyul 2019 tarixi qeyd edilmək əvəzinə 24 oktyabr 2019-cu il tarixi qeyd edildiyi üçün bank tərəfindən bəyannamədə yanlışlıq olduğu üçün qəbul edilməmişdir. X6 Komitəsinin Bakı Baş Gömrük İdarəsinə X1 yanlışlığın aradan qaldırılması üçün 06 avqust 2021-ci tarixdə müraciət edilmiş və 44-cü qrafada düzəliş edilərək bazaya yerləşdirilmişdir. Yekun olaraq düzəliş edilmiş bəyannaməni banka təqdim etdikdən sonra bank avans məbləğini nəzərə almışdır. Bütün bunlara baxmayaraq bank tərəfindən əsassız olaraq həmin sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməmiş və Mərkəzi Bank tərəfindən də MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsin göndərilmişdir. Bunları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 02 avqust 2021-ci il tarixli, MN № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş, 31.10.2019-cu il tarixli gömrük bəyannaməsinndən görünür ki, 24.07.2019-cu müqavilə üzrə MMC ünvanına 25226.00 ABŞ dolları məbləğində mallar geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, 31.10.2019-cu il tarixli gömrük bəyannaməsindən görünür ki, 24.07.2019-cu il tarixli müqavilə üzrə "xxxx" MMC ünvanına 25226,00 ABŞ dolları məbləğində mallar geri qaytarılmışdır. Ona görə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 02 avqust 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2627/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2627/2021
21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver