Məhkəmə qərarları › İş №3(060)-2627/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2627/2022

19.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2627/2022 19.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 və nümayəndəsi X2, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Maliyyə Nairliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikasının Maliyyə Nairliyindən daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Sumqayıt Dəmir yolu stansiyası olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 23 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2020-ci il üzrə maliyyə hesabatlarının 2021-ci ildə auditinin aparılmasına görə inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 17 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Maliyyə Nairliyinin etibarnamə üzrə nümayəndəsi X7 izahatında qeyd etdi ki, "xxxx" MMC-nin 2020-ci il üzrə maliyyə hesabatlarına 20 sentyabr 2022-ci il tarixdə auditor rəyi verilmiş və həmin rəy Auditorlar Palatasına 2022-ci ildə təqdim edilmişdir. Auditor rəyinin surətini və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim edərək Maliyyə Nazirliyinin Uçot siyasət şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il, MN № ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı işə baxılmadan Maliyyə Nairliyinə geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru X8 və MMC-nin nümayəndəsi X4 "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il, MN № ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan Maliyyə Nairliyinə geri qaytarılmasına etiraz etmədilər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Maliyyə Nairliyinin etibarnamə üzrə nümayəndəsi X3 ərizəsi nəzərə alınaraq Maliyyə Nazirliyinin Uçot siyasət şöbəsi tərəfindən "xxxx" MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş 23 sentyabr 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Maliyyə Nairliyinə geri qaytarılsın. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar