Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2628/2021 18.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Məmmədovin sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Abşeron rayonu, Saray STQ, Saray baqları, ev 2487D olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 483-cü maddəsinə əsasən 29 iyul 2021-ci il tarixli 00700-0156/21 №li inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 3 ədəd Gömrük bəyannaməsi ilə ümumi dəyəri 430985.02 (dörd yüz otuz min doqquz yüz səksən bes dollar iki sent) ABS dolları olan yük Türkiyə Respublikasında qeydiyyatda olan “X3 San, ve Tic.A” və “Bakırsan Metal Maden San, ve Tic LTD.ŞTİ” şirkətlərinə ixrac edilmişdir. İxrac olunan malın qarşılığında xaricdən qaytarılmalı olan 6023.44 ABS dolları məbləğində xarici valyuta vəsaitinin müvəkkil bankdakı hesaba köçürülmədiyi qeyd olunmuşdur.' Faktla əlaqədar Sumqayıt Bas Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsində 00700-0156/21 saylı inzibati xəta haqqında is üzrə icraat başlanılmışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 34/012/002052 saylı, 17.07.2021-ci il tarixli raportla, 13.11.2020-ci il tarixli, **********3285 sorğu nömrəli gömrük bəyannaməsi; 10.12.2020-ci il tarixli, **********1532 sorğu nömrəli gömrük bəyannaməsi; 30.12.2020-ci il tarixli, **********6874 sorğu nömrəli gömrük bəyannaməsi ilə, X1-sual protokolu, VAİS baxış protokolu və digər sənədlərlə təsdiq edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsinə əsasən tərtib edilmiş edilmiş 29 iyul 2021-ci il tarixli 00700-0156/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün 04.08.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılması 18 avqust 2021-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 483-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 28.07.2021-ci il tarixli barəsində icraat aparılan şəxsin sorğusual edilməsi haqqında protokoldan görünür ki, Türkiyə Cümhuriyyətində qeydiyyatda olan “X4 San, ve Tic.A” şirkəti ilə Şəxs MMC arasında “mis şpilka”nın ixrac edilməsi ilə əlaqədar bağlanmış 20.10.2020-ci il tarixli, 08 nömrəli müqaviləyə və “Bakırsan Metal Maden San, ve Tic LTD.ŞTİ” şirkəti ilə Şəxs MMC arasında “latun şpilka”nm ixrac edilməsi ilə əlaqədar bağlanmış 01.05.2020-ci il tarixli, 05 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 430985.02 (dörd yüz otuz min doqquz yüz səksən beş dollar iki sent) ABŞ dolları olan yükləri Sumqayıt Bas Gömrük İdarəsində 13.11.2020-ci il tarixli. **********3285 sorğu nömrəli; 10.12.2020-ci il tarixli. **********1532 sorğu nömrəli; 30.12.2020-ci il tarixli. **********6874 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilərək Türkiyə Cümhuriyyətinə göndərilmişdir. X6 ixrac olunmuş yükün müqabilində 6023.44 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasına səbəbi göndərilən malların tərkibində uyğunsuzluq çıxması səbəbindən qarşı tərəfin pulu tam ödəməməsi olmuşdur. X6 ixracatçı şirkətin qeyd olunan məsələ ilə bağlı göndərdiyi məktubu da təqdim edildiyini bildirmişdir. İş materiallarında olan raportdan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən 3 ədəd gömrük bəyannaməsi ilə ümumi dəyəri 430.985,02 ABŞ dolları olan yük ixrac edilmişdir. Lakin ixrac olunan malın qarşılığında xaricdən qaytarılmalı olan 6.023,44 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülməmişdir. Beləliklə də, Abşeron rayonu, Saray STQ, Saray baqları, ev 2487D ünvanında qeydiyyatda olan “Xəzər-2019" MMC ümumi dəyəri 430985.02 (dörd yüz otuz min doqquz yüz səksən beş dollar iki sent) ABŞ dolları olan yükü 13.11,2020-ci il tarixli, **********3285 sorğu nömrəli; 10.12.2020-ci il tarixli, **********1532 sorğu nömrəli; 30.12.2020-ci il tarixli, **********6874 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirərək konsiqnasiya yolu ilə Türkiyə Cümhuriyyətinə ixrac etmiş, lakin ixrac olunmuş malın qarşılığında xaricdən qaytarılmalı olan 6.023,44 (altı min iyirmi üc min dollar qırx dörd sent) ABŞ dolları yəni, 10.239,85 manat məbləğində vəsaitini müvəkkil bankdakı hesaba köçürməmiş, nəticədə Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsaəsən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə-inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi şəxs Şəxs MMC İXM-nin 483-cü maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qanunvericiliyin qeyd olunan tələblərini və inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Abşeron rayonu, Saray STQ, Saray baqları, ev 2487D olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində, yəni 1.807,02 (bir min səkkiz yüz yeddi ABŞ dollar iki sent) (6.023,44 x 30 %) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnə nisbətində manatla cərimə olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2628/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2628/2021
18.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver