Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2628/2023 31.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Ağbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, Laçın rayonu, Ağbulaq kəndində qeydiyyatda olan, Sumqyıt şəhəri, məhəllə 45, ev 11A/14, mənzil 53 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin Yol nəqliyyat hadisəsi üzrə inspektor, polis kapitanı X2 tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Hyundai Santafe minik” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs İXMnin 327.1-ci, 332.4-cü maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində ünvan 1 ünvanında yaşayan xx.xx.1962-ci il təvəllüdlü X3 idarə etdiyi “Hyundai Tucson” markalı **-DB-*** dövlət qeydiyyat avtomaşına maddi zərər vurmuşdur. İnzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 31 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 31 oktyabr 2023-cü il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis kapitanı X2 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verdi, həmçinin bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törədib. Nəticədə “Hyundai Tucson” markalı avtomaşının arxa hissəsindən vurmuşdur. Hadisə nəticəsində Şəxs nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir. Hadisə nəticəsində sağlamlığa zərər vurulmamışdır. X4 vurulmuş zərər sığorta şirkəti tərəfindən ödənilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin polis kapitanı X2 qeyd olunanların nəzərə alınmasını və Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, sürücülük vəsiqəsinin müddətinin bitməsinə fikir verməmişdir. Maşını arxadan yüngül vurmuşdur, şəxsin sağlamlığına zərər vurulmamışdır. Şəxs qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək bildirdi ki, işin halından məlum olur ki, qeyd olunanlar hadisələrin təsadüfi axını zəmnində baş vermişdir. Belə ki, Şəxs sürücülük vəsiqəsinin müddətinin bitməsi barədə məlumatlı olmayıb, diqqətsizlik edib. Həmçinin əməldə qəsd yoxdur. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs sürücülük hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X3 idarə etdiyi avtomobilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2628/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2628/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver