Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2630/2021 05.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X4, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 05 avqust 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5019/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədinin icrası borclu Şəxs tələb edildi, qərəzli şəkildə üzürsüz səbəbdən icra etmədi. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5019/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədin əsasən borclu Şəxs 21.09.20219-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galax A10 markalı telefon üçün 117,00 manat ödənilməmiş hissə, 5,00 manat dəbbə, 25.08.2019-cu il tarixlin müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galax A30 markalı telefon üçün 363,00 manat ödənilməmiş hissə, 10,00 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galax A70 markalı telefon üçün 780,00 manat ödənilməmiş hissə, 20,00 manat dəbbə, 29.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galax S10 markalı telefon üçün 1.428,00,00 manat ödənilməmiş hissə, 40,00 manat dəbbə olmaqla ümumilikdə 2.763,00 manat borc və 30,00 manat ödənilmiş dövlət rüsumu borcludan icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Borclu dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödəməli olduğu borcdan hazırki vaxtdadək üzürlü səbəb olmadan heç bir məbləğdə ödəniş etməmişdir. Odur ki, məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5019/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədin əsasən borclu Şəxs 21.09.20219-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galax A10 markalı telefon üçün 117,00 manat ödənilməmiş hissə, 5,00 manat dəbbə, 25.08.2019-cu il tarixlin müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galax A30 markalı telefon üçün 363,00 manat ödənilməmiş hissə, 10,00 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galax A70 markalı telefon üçün 780,00 manat ödənilməmiş hissə, 20,00 manat dəbbə, 29.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galax S10 markalı telefon üçün 1.428,00,00 manat ödənilməmiş hissə, 40,00 manat dəbbə olmaqla ümumilikdə 2.763,00 manat borc və 30,00 manat ödənilmiş dövlət rüsumu borcludan icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Hal-hazırda borcu 2.763,00 manat təşkil edir və o, yığılmış borcunun tam ödənilməsini tələb etdi. İcra sənədi üzrə tələbkar "xxxx" MMCnin nümayəndəsi qeyd olunanların nəzərə alınaraq borclu Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5019/2020 saylı, 04.11.2020-ci il tarixli icra sənədin əsasən ondan 21.09.20219-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73834 olan Samsung Galax A10 markalı telefon üçün 117,00 manat ödənilməmiş hissə, 5,00 manat dəbbə, 25.08.2019-cu il tarixlin müqaviləyə əsasən, İMEİ kodu **********00213 olan Samsung Galax A30 markalı telefon üçün 363,00 manat ödənilməmiş hissə, 10,00 manat dəbbə, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********61439 olan Samsung Galax A70 markalı telefon üçün 780,00 manat ödənilməmiş hissə, 20,00 manat dəbbə, 29.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********49437 olan Samsung Galax S10 markalı telefon üçün 1.428,00,00 manat ödənilməmiş hissə, 40,00 manat dəbbə olmaqla ümumilikdə 2.763,00 manat borc və 30,00 manat ödənilmiş dövlət rüsumu borcludan icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Halhazırda ümumi borcdan heç bir ödəniş etməyə maddi imkanı yoxdur, lakin o, avtoyuma məntəqəsində işləyir hər ay 20,00 - 30,00 manat ödəniş edə biləcəyini bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi protokolu tərtib etmiş şəxsin və icra sənədi üzrə tələbkarın nümayəndəsinin izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə araşdırılan işin halları ilə təkzib edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən tələbi heç bir üzrlü səbəb olmadan icra etmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 116, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 500,00 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2630/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2630/2021
05.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver