Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2634/2021 19.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, “UNİKAL KLİNİKA“ MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən “UNİKAL KLİNİKA“ MMC barəsində 30.07.2021-ci il tarixli, 00700-0147/21 saylı protokol tərtib edilmişdir ona görə ki, ünvan 1 ünvanında qeydiyyatda olan “UNİKAL KLİNİKA“ MMC **********3384 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” gömrük prosedurunda rəsmiləşdirilmiş “tibdə istifadə üçün nəzərdə tutulmuş, rentgen şüaların istifadəsinə əsaslanan aparatura” yükünün müvəqqəti idxal müddətinin 12 ayadək uzadılması barədə 11 iyun 2021-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsinə müraciət etmişdir. Qeyd olunan yükə aid sənədlərin yoxlanılması zamanı qeyd olunan yükün müvəqqəti idxal müddətinin 18.03.2021-ci il tarixdə bitdiyi müəyyən edildiyindən fakt üzrə araşdırma aparılması üçün sənədlər 11.06.2021-ci il tarixli 34/012/001641 saylı raportla aidiyyatı üzrə Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində 05.07.2021-ci il tarixdə 00700-0147/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, Şəxs MMC 18.03.2021-ci il tarixədək ölkə ərazisindən “tibdə istifadə üçün nəzərdə tutulmuş, rentgen şüaların istifadəsinə əsaslanan aparatura” yükünü geri qaytarmağı öhdəliyinə götürərək 19.03.2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********3384 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Müvəqqəti idxal” gömrük prosedurunda bəyan etmiş, lakin “müvəqqəti idxal” gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş 1 (bir) il müddət başa çatanadək qeyd olunan prosedurun tələblərinə uyğun olaraq nə təkrar ixrac edilmiş, nə də digər gömrük proseduru altında yerləşdirilməmişdir. Şəxs MMC-nin müvəqqəti idxal müddətinin 11.06.2021-ci il tarixdə bitməsinə baxmayaraq 18 mart 2020-ci il tarixdə gətirilmiş “tibdə istifadə üçün nəzərdə tutulmuş, rentgen şüaların istifadəsinə əsaslanan aparatura” yükünün sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan etmək üçün müraciət etmişdir. Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə Sumqayıt şəhər Məhkəməsinə 05.08.2021-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 19.08.2021-ci il tarixə təyin olunmuşdur. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. İş materiallarında olan 19.03.2020-ci il tarixli **********3384 sorğu nömrəli gömrük bəyannaməsindən müəyəyn edilir ki, “tibdə istifadə üçün nəzərdə tutulmuş, rentgen şüaların istifadəsinə əsaslanan aparatura” adlanan malın geri aparılması barədə öhdəlik 1 il - 18.03.2020-ci il tarixdən 18.03.2021-ci il tarixinə kimi olan müddəti əhatə edir. İş materiallarında olan 30.07.2021-ci il tarixli “barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında” protokolda Şəxs MMC-nin qanuni təmsilçisi X3 izahatında bildirmişdir ki, Şəxs MMC “X2 Tic.A.Ş” MMC ilə olan müqaviləsinə əsasən götürdüyü öhdəlikləri yerinə yetirə bilməməsi səbəbindən “müvəqqəti idxal” gömrük prosedurunda ölkə ərazisinə gətirilmiş sözügedən yükü vaxtında geri qaytara bilməmişdir. O, törədilən əməlin hüquqpozma predmeti olduğunu etiraf etmiş və qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduqlarını bildirmişdir. AR Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr tarixli 2013-cü il 245 nömrəli qərarı ilə təsdiq edilmiş “malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6.7-ci bəndində göstərilmişdir ki, Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması yaxud həmin əraziyə qaytarılmaması inzibati xəta hesab olunur. Həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “UNİKAL KLİNİKA“ MMC barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və cərimə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ünvan 1 ünvanında qeydiyyatda olan “UNİKAL KLİNİKA“ MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə tutularaq X1 Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************. SWİFTBİK: CTREAZ22, Alan: Sumqayıt Baş Gömrük İdarəsi – Hesab: AZ13CTRE**********00********. VÖEN: **********, D3 qrafası Büdcə təsnifatının kodu: 142533, D4 qrafası Büdcə səviyyəsinin kodu: 7 hesaba köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2634/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2634/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver