Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2634/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru X2, Zərərçəkmiş şəxslər X6, X4 və X1, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Yataqxana 10, 2-ci Paralel küçə, məhəllə 9 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə tərib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə tərib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs zərərçəkmiş şəxs X7 məxsus “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsinin sahibindən icazəsiz etibarnamə olmadan xx.xx.2023-cü il tarixdə saat 20:59 radələrində Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsində idarə edərkən həmin küçə ilə Koroğlu küçəsinin kəsişməsində svetoforun qadağan edici işığında hərəkətini davam etdirmiş, nəticədə Sumqayıt şəhəri Koroğlu küçəsi ilə hərəkətdə olan X4 idarə etdiyi “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil onunla paralel sağ tərəfdə hərəkətdə olan X1 idarə etdiyi “Land Rover” markalı **-ZK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi zərər dəymişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol nəqliyyat hadisələri üzrə baş inspektoru Ə.İ.İsmayılov tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş, sürücülərin izahatları alınmışdır. Hadisədə təqsirli olan şəxs Şəxs izahatında özünü təqsirli bilməmiş və izahatını bu məzmunda yazmışdır. Lakin, hadisənin görünüləri ona göstərildikdə isə bir qədər mövqeyini dəyişsə də yenə özünü tam təqsirli bilməmişdir. Hazırda tərəfindən məhkəməyə təqdim edilmiş video görüntülərlə də Şəxs təqsiri tam sübuta yetirilir. Ona görə də protokolunun təmin edilməsini və Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X11 öz izahatında bildirmişdir ki, “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və etibarnamə əsasında idarə edir. Avtomobilini təmizlik üçün (xmiçiski) avtoyuma məntəqəsində Hikmətə vermiş ki, səhər götürər. Lakin, avtomobilini Hikmətin idarə etməsi üçün icazə verməmişdir. Hadisə baş verdikdən sonra Hkimət özü bu barədə ona məlumat vermişdir. Hazırda ona zərər dəysə də Hikmətdən şikayəçi deyil və onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə idarə edərkən uzaqdan görmüş ki, həmin küçənin M.Ə.Sabir küçəsi ilə kəsişməsində olan svetoforun qırmızı, yəni qadağan edici işığı yanır, bu səbəbdə sürətini azaltmış, lakin svetofora təxmini 20-30 metr qalmış yaşıl işıq yanmışdır. Bu səbəbdən hərəkətini davam etdirmişdir. Bu zaman M.Ə.Sabir küçəsi ilə hərəkət edən “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işığında hərəkətini davam etdirərək yolun kəsişməsində onun idarə etdiyi “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən onun avtomobili sağ tərəfi ilə paralel hərəkətdə olan X1 idarə etdiyi “Land Rover” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfinə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi zərər dəymişdir. Hazırda ona zərər dəysə də Hikmətin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 öz izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus “Land Rover” markalı **-ZK- *** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə idarə edərkən uzaqdan görmüş ki, həmin küçənin M.Ə.Sabir küçəsi ilə kəsişməsində olan svetoforun qırmızı, yəni qadağan edici işığı yanır, bu səbəbdə sürətini azaltmış, lakin svetofora təxmini 20-30 metr qalmış yaşıl işıq yanmışdır. Bu səbəbdən hərəkətini davam etdirmişdir. Bu zaman M.Ə.Sabir küçəsi ilə hərəkət edən “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun qadağanedici işığında hərəkətini davam etdirərək yolun kəsişməsində onun sol tərəfində hərəkətdə olan “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil onun idarə etdiyi avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi zərər dəymişdir. Hazırda ona zərər dəysə də Hikmətin barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilkin olaraq özünü qismən, yekun çıxışında isə tam təqsirli bildiyini göstərərək izahatında bildirmişdir ki, o avtoyuma yerində işləyir. X11 özünə məxsus “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin məntəqəyə gətirərək təmizlik üçün (xmiçiski) ona təhvil vermiş ki, səhər götürər. Lakin, Hikmət avtomobilini idarə etməsi üçün ona icazə verməmişdir. Avtomobili axşam saatlarında özbaşına idarə edərək evlərinə gedən zaman Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsi ilə Koroğlu küçəsinin kəsişməsində svetoforun işığının əvvəl yaşıl, sonra isə sarı olmasını görmüş, həmin vaxt isə sürəti 5-10 olmuşdur. Belə ki, sarı işığı görərkən ilk öncə dayanmaq istədiyi üçün sürətini azaltmışdır. Daha sonra isə yolun kəsişməsini vaxtında keçəcəyini zənn edərək hərəkətini davam etdirmişdir. Bu zaman Koroğlu küçəsi ilə hərəkətini davam etdirən X4 idarə etdiyi “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən sonuncu avtomobil onunla paralel sağ tərəfdə hərəkətdə olan X1 idarə etdiyi “Land Rover” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə maddi zərər dəymişdir. Hadisə zamanı ilk öncə elə zənn etmişdir ki, həmin avtomobillər svetoforun qırmızı işığında keçmişdir. Lakin, indi məhkəmə iclasında görüntülərə baxarkən bilmişdir ki, həmin avtomobillər svetoforun yaşıl işığında keçmişdir. Onu da qeyd etmişdir ki, həmin avtomobillər də lazımi diqqət göstərsəydilər bəlkə də hadisə baş verməzdi. Hazırda əməlindən çox peşimandır. Göstərilənləri nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimədən də az məbləğdə barəsində cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşiman olmasını və zərərçəkmiş şəxslərin mövqeyini də nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarına əlavə edilmiş CD disklərdə olan video görüntülərə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, “Mercedes” markalı **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Land Rover” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil svetoforun yaşıl işığında keçmişdir. Görüntülərə baxan bütün proses iştirakçıları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu faktı qəbul etmişdir. İş materiallarına əlavə edilmiş CD disklərdə olan digər video görüntülərə məhkəmə iclasında proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “Mercedes Benz C220 CDİ minik” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, M.Ə.Sabir küçəsində idarə edərkən həmin küçə ilə Koroğlu küçəsinin kəsişməsinə yaxınlaşarkən svetoforun sarı işığı yanmış, bu zaman ondan bir az öndə olan təxmini eyni sürətlə hərəkət edən avtomobil dayansa da Şəxs hərəkətini davam etdirərək yolun kəsişməsinə daxil olmuş, svetoforu keçdikdən bir saniyə belə keçmədən isə qırmızı işıq yanmışdır. Daha sonra isə yol nəqliyyat hadisəsi baş vermişdir. Görüntülərə baxan bütün proses iştirakçıları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu faktı qəbul etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinin İİİ bəndinin 3-cü hissəsinə əsasən svetoforun sarı rəngli işığın yanması — bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir. Həmin Qanunun 60-cu maddəsinin İV bəndinə əsasən svetoforun sarı işığı yandıqda və ya nizamlayıcı qolunu yuxarı qaldırdıqda nəqliyyat vasitəsini kəskin tormozlamadan bu maddənin ikinci və üçüncü hissələrində müəyyən edilən yerlərdə saxlaya bilməyəcək sürücülərə hərəkəti davam etdirməyə icazə verilir. Siqnal verilərkən yolun hərəkət hissəsində olan piyadalar keçidi boşaltmalı, bu mümkün olmadıqda isə, nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üzərində dayanmalıdırlar. İndiki halda isə müəyyən edilmişdir ki, svetoforun sarı işığı yanarkən Şəxs avtomobili kəskin tormozlamadan saxlaya biləcəyi halda hərəkətini davam etdirmişdir. Bu fakt həm öz etirafı, həm də video görüntülərlə təsdiq edilmişdir. Beləliklə də məhkəmə iclasında araşdırılmış obyektiv sübutların məcmusu ilə, yəni inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəssinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı, zərərçəkmiş şəxslərin izahatları və iş materiallarında olan digər sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildi. Onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azd edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə birgə həmin Məcəllənin 327.2-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1– 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxsin eyni vaxtda törətdiyi (bir hərəkətlə ideal məcmu yaradan) bir neçə inzibati xətaya dair işlərə baxılması müxtəlif orqanların səlahiyyətlərinə aid olduqda, bu işlərin eyni vaxtda, eyni orqan tərəfindən baxılmasının mümkünlüyü məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etraf etməklə peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi xidmətə görə təqdim etdiyi hesabata əsasən müvafiq məbləğ hesablaraq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçrülüməldir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X9 tərəfindən göstərilmiş hüquqi yardıma görə 24 (otuz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2634/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2634/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver