Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2639/2024 25.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , Sumqayıt şəhər X4 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər X4 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarla X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Namiq Cəfərov şikayətlə məhkəməyə müraciət edərək qəbul edilən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs Namiq Cəfərov şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi “Saipa” markalı, ** MH *** dövlət nömrə nişanlı avtomobillə işıqforin hərəkətə icazə verdiyi yaşıl işığında yol ayrıcına daxil olmuş, növbəti işıqforun işığı dəyişmiş, buna baxmayaraq hərəkəti davam etdirmişdir. “Yol hərəkəti haqqında” Qanunun 76-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq hərəkətini dava etdirdiyini bildirmişdir. Bu barədə onu saxlayan inspektora izah etməsinə baxmayaraq onun barəsində müvafiq tənbeh vermə haqqında qərar qəbul edilmiş həmin qərardan narazıdır, ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs Namiq Cəfərov şikayəti müdafiə edərək bildirdi ki, hərəkətdə olduğu küçə Baklı küçəsi olmuşdur. Həmin küçə yeni təmirdən çıxmış, stop nişanlama xətti və stop nişanı həmin yerdə olmamışdır. Məhz həmin yerdə stop nişanı olmadığ üçün ona digər sürücülər yol verməlidir. Qeyd edir ki, o sürücüdür, nişanlama xətləri sürücülər üçün aydın və görünən olmalıdır. Hər dəfə avtomobilindən düşün asfalt örtük üzərində çəkilmiş nişanlama xətlərini ayırmaq kimi onun vəzifəsi yoxdur. Məhkəmə iclasında qərarından şikayət verilən Sumqayıt şəhər DYPX-i inspektoru Cavid Abbasov qəbul etdiyi qərara uyğun izahat verərək qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin küçə Bakı küçəsi deyil, Lermantov küçəsidir. Belə ki, şəhər ərazisindəki işıqforlar rəqəmsallaşdırılmış, bu səbəbdən işıqlar birinin digərinə keçməsinə 3 saniyə qalmış yanıb-sönməklə sürücüləri öncədən xəbədar edir. Lakin həmin vaxt görünən odur ki, sürücü Namiq Cəfərovun sürəti yol verilən həddən artıq olmuşdur ki, o avtomobili tam saxlamamış, əksinə stop nişanlama xətti olduğu halda Lermontov küçəsindən Bakı küçəsinə tərəf dönüb hərəkətini dava etdirmişdir. Xidməti avtomobildən çəkilmiş videogürütünü məhkəməyə tədqim edir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Namiq Cəfərov TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarla İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş 01 ədəd DVD diskdə olan olan görüntüyə baxış keçirilmiş, bu zaman günün qaranlıq vaxtı olduğu, qara rəngli sedan tipli bir avtomobilin yol ayrıcına daxil olduğu və sola dönərək hərəkətini dava etdirdiyi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın təsviri hissəsindən görünür ki, Namiq Cəfərov xx.xx.2024-cü il tarixdə, saat 23:09-də İXM-nin 327.2-ci maddəsinin tələbini pozmuş, bu səbəbdən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin qərarda hadisənin məhz hansı ünvanda yəni küçə və ya prospektdə baş verməsi, qanunun qeyd edilən normasının məhz hansı tələbinin pozulması göstərilməmiş, nəticədə formal mülahizələrə əsaslanmaqla əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilən 01 ədəd Diskdə olan görüntüyə baxış zamanı Namiq Cəfərov tərəfindən mübahisələndirilən qərarın təsviri hissəsində qeyd olunan hərəkətin hansı şəraitdə törətməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Yol patrul xidməti inspektoru tərəfindən Namiq Cəfərovun İXM-nin 327.2-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun tərəfindən tam sübuta yetirilməmiş, DVD diskdə olan görüntülərlə hadisənin baş vermə mexanizmini tam müəyyən etmək və Namiq Cəfərovun həqiqətən də həmin maddə təqsirli olması qənaətinə gəlmək mümkün omamışdır. Belə ki, İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata eyni zamanda təqsirlilik sübuta yetirilmədikdə xitam verilir. Yuxarıda sadalanan bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Namiq Cəfərov barəsində Sumqayıt şəhər X4 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və İXM-nin 53.1.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Sumqayıt şəhər X4 İdarəsi tərəfindən qəbul edilmş TP ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 01 ədəd DİSK inzibati xəta haqqında iş materialda saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2639/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2639/2024
25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver