Məhkəmə qərarları › İş №3(060)-264/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-264/2022

08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-264/2022 08.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 21 yanvar 2022-ci il tarixli, 00700-0134/21 saylı protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan Şəxs adına 16.04.2021-ci il tarixdə Bolqarıstan Respublikasında qeydiyyatda an “Şatori” LTD şirkətindən 99NG710/99ZC710 nömrəli yük nəqliyyat vasitəsinin üzərində daşınan 2008-ci il buraxılışlı, WF0XXXTTFX7M28963 Ban nömrəli, Ford Transit yük markalı MM041TR21 nömrə nişanlı nəqliyyat vasitəsində ümumi gömrük dəyəri 14640,40 manat, 1080 kq çəkisində olan qarışıq mallar daxil olmuşdur. Qeyd olunan yük 21.04.2021-ci il tarixdə idxalatçı tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində **********3729 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 27.04.2021-ci il tarixdə **********3729 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara Xocasən Gömrük Postunda DGK Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin əməkdaşları ilə birgə baxış keçirilmişdir. Baxış nəticəsində 21.04.2021-ci il tarixli **********3729 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunmayan ümumilikdə 448 qutu dərman vasitələri, 11 ədəd tibbi maska, 1 gutu tibbi əlcək, 2 qutu ayaq bandı aşkar edilərək protokollaşdırılmışdır. Qeyd olunan faktla bağlı Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 00700-0134/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəticədə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Biləsuvar rayonu, Aşağı Cürəli kəndində, qeydiyyatda olan Şəxs 19.01.2022-ci il tarixində izahat verərək təxminən 2005-ci ildən Almaniya Federativ Respublikasına gedərək oradan minik avtomobillərinin Azərbaycan Respublikasına gətirilməsi ilə məşğul olmağa başladığını, 2015-ci ildə devalvasiya olduqdan sonra ölkə ərazisinə minik maşınların idxal edilməsini dayandırdığını, daha sonra 2016-cı ildən Avropaya miqrasiya eləmiş həmvətənlərimizə Azərbaycandan göndərilən həm də xaricdəki həmvətənlərimizin Azərbaycanda yaşayan qohumlarına göndərdikləri əl yüklərinin respublikamıza gətirilməsi fəaliyyəti ilə məşğul olmağa başladığını bildirmişdir. Buna görə 25.04.2017-ci il tarixdə ********** nömrəli VÖEN açdırarag fərdi sahibkar kimi geydiyyata düşmüşdür. Şəxs pandemiyadan əvvəl özünə mənə məxsus X1 markalı 12BF690 nömrə nişanlı yük avtomobili ilə Azərbaycandan Almaniyaya əl yükü apardığını sonra da oradan həmyerlilərimizdən əl yüklərini gəbul edib ölkəyə gətirdiyini pandemiyadan sonra özü gedə bilməməsi səbəbindən fəaliyyətini davam etdirmək üçün Almaniyada olan Azərbaycanlı tanışlarından yükləri toplayıb Azərbaycana göndərmələrini xahiş etdiyini bildirmişdir. 16.04.2021-ci il tarixdə adına 99NG710/99ZC710 nömrəli yük nəgliyyat vasitəsinin üzərində daşınan 2008-ci il buraxılışlı, WF0XXXTTFX7M28963 Ban nömrəli, Ford Transit yük markalı MM041TR21 nömrə nişanlı nəqliyyat vasitəsində aşkar olunan dərman vasitələri barədə heç bir məlumatının olmadığını və həmin dərman vasitələrinin yükləri göndərən ayrı-ayrı şəxslərə məxsus olduğunu bildirmişdir. Bundan əlavə bəyan olunmayan dərman vasitələri, bioloji fəallığa malik qida əlavələrinin və tibbi vasitələrin fiziki-kimyəvi ekspertizasının aparılması məqsədilə 09.07.2021-ci il tarixdə 1500-013/002-24/000747 saylı məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.07,2021-ci il tarixli 6/2798 saylı Ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “Pantoprazol Heumann 20 mg” göstəricisi olan dərman preparatının üzərlərindəki tarix göstəricisinə əsasən istifadə müddəti bitdiyi üçün yararsız hesab edilir ve digər preparatların qablaşması üzərindəki tarix göstəricilərinə görə yararlılıq müddəti keçməmişdir. Digər preparatların 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin habelə Azərbaycan Respublikasınınərazisində idxalına -ixracına tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının habelə zəhərli maddələrin siyahıları”na daxil olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 04.02.2022-ci il tarixli vəsatətdən müəyyən olunur ki, dərman vasitələrinin xeyli hissəsinin yararlılıq müddəti keçmiş və bu ekspert arayışında da öz əksini tapmış, dərman vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesi üçün Səhiyyə Nazirliyi və digər qurumlardan sənədlərin alınması tələb olunmuşdur. Həmin dərman vasitələri ona aid olmadığı üçün gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməyəcək və buna görə də həmin malların müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və müsadirə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ümumi dəyəri 7125 manat təşkil edən inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar