Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2642/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs Bəbirov Tural Sahib oğlunun müdafiəçisi X2 iştirakları ilə, Bəbirov Tural Sahib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 150 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Bəbirov Tural Sahib oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 inzibati tənbeh vermə haqqında TP ******* saylı, 28.07.2021-ci il tarixli qərar ilə Bəbirov Tural Sahib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələr ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan Bəbirov Tural Sahib oğlu Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28 iyul 2021-ci il tarixdə saat 13:10 radələrində barəsində inzibati xəta haqqında icraat aparılan Bəbirov Tural Sahib oğlu özünün xüsusi mülkiyyətində olan VAZ21723 minik markalı, 50BT054 dövləət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, Sülh küçəsində hərəkətdə olan zaman Sumqayıt şəhər DYPŞ-nin yol-patrul xidmətinin inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış, bu zaman ona heç bir əsaslı səbəb göstərilmədən avtomaşının cərimə meydançasına aparılmalı olduğu bildirilmişdir. T.Bəbirovun etirazına baxmayaraq, avtomaşın cərimə meydançasına yerləşdirilmiş, T.Bəbirovun izahatı alınmadan, mütəxəssis dəvət edilmədən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2ci maddələri ilə inzibati protokol tərtib edilmiş, daha sonra həmin protokol əsasında 28.07.2021-ci il tarixli, TP4509249 saylı qərar tərtib edilərək, barəsində inzibati xəta haqqında icraat aparılan Bəbirov Tural Sahib oğlu barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Bəbirov Tural Sahib oğlunun müdafiəçisi şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, Bəbirov Tural Sahib oğlu avtomobilə heç bir əlavə avadanlıq quraşdırmamışdır. Quraşdırılan avadanlıqlar standartlara cavab verir və onların müvafiq sertifikatları var. Bunlar yoxlanılmadan əsassız olaraq inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ -nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Bəbirov Tural Sahib oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokoldan və qərardan hansı inzibati xətanın, hansı qaydada törədilməsi, avtomobilə hansı kənar avadanlıqların quraşdırılması, hansı avadanlıqların və hansı normativlərə cavab verməməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Bəbirov Tural Sahib oğlunun iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 inzibati xəta haqqında TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Bəbirov Tural Sahib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.2-ci maddələrndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 150 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs Bəbirov Tural Sahib oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2642/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2642/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver