Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2642/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin sahə rəisi Elçin Səfiyarovun, Zərərçəkmiş şəxs Əzimov Səxavət Zaur oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1974-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi evdə yaşayan (FİN: 0WUMMOQ) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi Elçin Səfiyarov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 17 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi Elçin Səfiyarov izahatında bildirmişdir ki, Əzimov Səxavət Zaur oğlu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 20:34 radələrində 102 zəng xidmətində zəng edərək tanımadığı iki nəfər şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmin şəxlərdən birinin Şəxs olması müəyyən olunmuşdur. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı hər iki şəxsin izahatları alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Baş vermiş hadisədə cinayət hadisəsi olmadığı üçün xx.xx.2024-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanması rədd edillmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti sahə rəisi kimi ona təqdim edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat təxminən 17 radələrində tanışı, keçmiş iş yoldaşı X6 ilə görüşüb yeyib-içmək üçün evlərinin yaxınlığındakı «Kəndimiz» restoranına getmiş, Rasimlə söhbət etdikdən sonra hər ikisi iki bakal pivə içmiş, daha sonra yemək sifariş edib ikisi 700 qram araq içmiş, yeyib-içdikdən sonra saat təxminən 20:15 radələrində restorandan çıxıb restoranın arxa hissəsi ilə, yəni yaşadığı evə doğru dar küçə ilə elektrik stansiyasının qarşısı ilə gedərkən dalanın sonuna yaxın bir nəfər cavan oğlanın yolun kənarındakı evin qapısını döydüyünü görmüş, onlar ani olaraq ayaq saxlamış və o, həmin oğlandan kim olduğunu, nə üçün camaatın qapısını döyməsinin səbəbini soruşmuş, sonradan adının Səxavət olduğunu bildiyi şəxs burada yaşadığını, «sənə nə lazımdır» deyib onunla kobud danışmış, o, Səxavətə 18 ildir ki, bu məhəllədə yaşadığını, ancaq onu tanımadığını bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış və onunla orada olan tanışı Rasim Səxavətə yaxınlaşaraq «səsinin tonunu aşağı salmasını» bildirərək Səxavətin köynəyinin yaxasından tutub arxaya itələyərək işi ilə məşğul olmasını bildirmiş, elə bu vaxt əl atıb Səxavətin boğazından tutub evin divarına söykəmiş, Rasim araya girib onları ayırmaq istədikdə Səxavət Rasimin üstünə gedərək «sən kimsən» dedikdə Rasim əsəbləşərək bir dəfə təpiklə Səxavətin ayaq nahiyyəsindən vurmuş, o, bunu gördükdə dahada əsəbləşib Səxavətin üstünə gedərək onunla mübahisə edərək yumruqla bir dəfə Səxavətin burun nahiyyəsindən vurmuş, Rasim yenə araya girərək onun boğazından tutub arxaya, Səxavəti isə əks istiqamətə itələyib onları ayırmış, həmin vaxt Səxavət yenə onun üstünə gəldikdə onun köynəyindən tutub itələdikdə Səxavət üzü üstə evin divarına dəymiş, daha sonra Rasim qolundan tutub onu oradan kənarlaşdırmışdır. Hazırda əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs kimi iştirak edən Əzimov Səxavət Zaur oğlu izahatında bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 20:20 radələrində işdən çıxıb Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, «Kəndimiz» restoranının arxa tərəfində fərdi evdə yaşayan qaynanası X1 evinə qonaq gedərkən,onun qarşısınca 2 nəfər şəxsin getdiklərini görüb ondan uzaqlaşmasını gözləmiş, lakın həmin şəxslərdən biri ona yol verərək keçməsini istəmiş, onları keçib təxminən 15 metr qarşıda getdiyi dar küçənin yanında qaynanasının evinin qapısını döymüşdür. Evlərində qonaq olduğu üçün səsdən eşidib qapını açan olmamış, bu vaxt ona yol verən və arxasınca gələn 2 nəfər sərxoş şəxslər ona çatmış və onlardan biri «sən kimsən bu qapını döyürsən» deyərək irad bildirmişdir. Həmin şəxslərə qonaq gəldiyini bildirmiş, həmçinin «sizə nə lazımdır» deyə cavab vermişdir. Onlardan biri sonradan adının Qafur olduğunu bildiyi şəxs «sən kimsən mənimlə belə danışırsan» demiş, əl atıb onun köynəyinin yaxasından yapışmışdır. Daha sonra Qafur ona yaxınlaşaraq əli ilə boğazından tutub divara söykəmiş, Rasim yenə təpiklə sağ ayağının diz nahiyyəsinə bir dəfə vurmuş, daha sonra Qafur yumruqla bir dəfə burun nahiyyəsinə vurmuş, Qafur kürək nahiyəsindən köynəyindən tutaraq sifət və alın nahiyəsini evinin divarına çırpmış, nəticədə yerə yıxılmış və həmin vaxt Rasim sağ ayağından tutub onu təxminən 6-7 metr sürüyərək yaşadıqları məhləyə tərəf apararkən qaynanasının qapı qonşusu X3 bayıra çıxaraq onları ayırmışdır. Həmin vaxt qaynanası da bayıra çıxmış, qaynanası ora çatana kimi Rasimlə Qafurun oradan qaçıb getmişdir. Hazırda Şəxs şikayətçidir, sonuncu barəsində ciddi inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmanlığını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 17 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:34 radələrindəmübahisə zəmnində Əzimov Səxavət Zaur oğluna dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli, 1757 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2003-cü il təvəllüdlü vət.Əzimov Səxavət Zaur oğlunun məhkəmətibbi ekspertizasına əsasən bədəni üzərində burun belinin sağ hissəsinin, qaşarası nahiyyənin, alının sol hissəsinin, sol gözaltı nahiyyənin, sağ saidin yuxarı 1/3-nin iç səthinin, sağ saidin yuxan 1/3-nin arxa bayır səthinin, sağ dizin ön səthinin qançırları xəsarətləri vardır, qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şərait və qaydada yəni, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir, həm ayrı-ayrılıqda, eləcədə ümumilikdə və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsi döyməsi, özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqdirli bilməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 33.1.5-ci maddəsinə əsasən inibati xətanın bir qrup şəxs tərəfindən törədilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hal hal kimi nəzərə alır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və inzibati həbsin əvvəli 17 oktyabr 2024-cü il tarixdən saat 18:15-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfi Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 oktyabr 2024-cü il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2642/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2642/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver