Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2643/2023 01.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxsnun, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:50-də Sumqayıt şəhəri, 30cu məhəllə, “Scarlet” gözəllik salonunda Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin sahə rəisi, polis kapitanı X8 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:50-də Sumqayıt şəhəri, 30-cu məhəllə, “Scarlet” gözəllik salonunda Zərərçəkmiş şəxs döymüşdür. 21 sentyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 17:50 radələrində Sumqayıt şəhəri 30-cu məhəllə ərazsində oğlu xx.xx.2015-ci il təvəllüdlü X4 tanımadığı uşaqla oynayarkən aralarında mübahisə olmuş, mübahisə zamanı həmin uşağın valideyni Səbinə adlı qadın əli ilə oğlunun sifət və baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir, bu səbəbdən Səbinə adlı qadının işlədiyi Sumqayıt şəhəri 30-cu məhəllə ərazsində Scarlet gözəllik salona bacısı Reyhanə ilə birlikdə getmiş, Səbinədən uşağını nə üçün vurduğunu soruşmuşdur. Səbinə isə vurmadığını bildirmişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, mübahisə zamanı o, Səbinənin saçından tutmuş, salonda olan qızlar onları ayırmaq istədikdə Səbinə onu vurmuş və bacısı bunu görüb ona köməyə gəlmiş və bacısı Səbinəni yay ayaqabısı ilə baş nahiyəsinə və sifət nahiyəsinə bir neçə zərbələr vurmuşdur. Mübahisə zamanı o da xəsarət almışdır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə oğlu xx.xx.2017-ci il təvəllüdlü X7 həyətdə oynayarkən tanımadığı uşaqla aralarında mübahisə olmuş, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:50 radələrində işlədiyi Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən Scarlet gözəllik salonunda olarkən biri həmin uşağın valideyni olmaqla 2 nəfər qadın salona gəlmiş və mübahisə etmişlər. Mübahisə zamanı onun sfət, sinə və ayaq nahiyəsinə vuraraq onu döymüşlər. Hal-hazırda Şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, 21 sentyabr 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə həvalə edilmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1462 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sol qulaqarxası nahiyyənin, döş qəfəsinin ön səthinin orta hissəsində 6 (altı) ədəd, sağ saidin orta l\3-nin ön səthinin , sol saidin orta l\3-nin ön səthinin , sağ yanaq nahiyyəsinin sıyrıqları” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən 01.09.23-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan inzibati xətanı törətmiş şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışlar. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157 maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərşəkmiş şəxslə barışdığına görə xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2643/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2643/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver