Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2643/2024 17.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs – X2 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maralgöl yaşayış massivi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində Rasim Mahmmudov mübahisə zəmnində X6 dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 20:20 radələrində vət.Rasim Mahmmudov mübahisə zəmnində X6 dərəcəsi təyin olunmayan xəsarətlər yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, hadisə saat 8 radələrində baş vermişdir. O, həmin şəxslə dostu mübahisə edərkən onları ayırmışdır, başqa fikri olmamışdır, özü də yıxılmışdır. Hadisə zamanı sərxoş olmuş, lakin hadisəni xatırlayır. Ola bilsin bir dəfə ayıran vaxt zərərçəkmiş şəxs təpik vurmuşdur. Zərərçəkmiş şəxsdən üzr istəmişdir, əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Vəkil iş üzrə icraat xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, barəsində protokol tərtib edilmiş şəxs dəqiq izahat vermədi. Belə ki, dar məhəllənin girişində bu şəxslə birlikdə iki nəfər söyüş söyürdülər, onun yaxasından tutmuşlar, o da əlini çəkməyini bildirdikdə, onun boynundan tutmuş, sonra dizindən və aşağı nahiyələrdən onu vurmuşlar. Qonşu onları ayıran zaman bu şəxs oradan qaçmışdır. Onu vuran bu şəxs olmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İnzibati işin materiallarından görünür ki, Sumqayıt şəhəri 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 15 oktyabr 2024-cü il tarixli qərar qəbul edilmiş, X8 və Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin, yəni döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətasının tərkibinin olduğu müəyyən edildiyindən onların barəsində həmin maddə ilə inzibati tənbeh tədbirləri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPİ-nin 2-ci PB-nə həvalə edilmiş, X8 və Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İnzibati işin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1757 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, X4 bədəni üzərində “burun belinin sağ hissəsintq, qaşarası nahiyyənin, almın sol hissəsinin , sol gözaltı nahiyyənin, sağ saidin yuxarı l\3-nin ön səthinin sıyrıqları, boyunun sol yan səthinin orta l\3-nin, sol bazunun yuxarı l\3-nin iç səthinin, sağ saidin yuxan l\3-nin arxa bayır səthinin, sağ dizin ön səthinin qançırları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir gün əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada yəni 07.10.24-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir, həm ayrı-ayrılıqda, eləcədə ümumilikdə və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xətanı törətmiş şəxs başqa şəxslə birlikdə hazırki hadisənin törənməsinə şərait yaratmış və öz əməli ilə zərərçəkmiş şəxsə sağlamlığa zərərvurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablansın Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2643/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2643/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver