Məhkəmə qərarları › İş №3(060)-2645/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2645/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2645/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması mərhələsində baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli məktubuna əsasən Şəxs MMC barəsində inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Materiallara Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilmişdir. Həmin protokolun yalnız tarixi və nömrəsi oxunaqlı vəziyyətdə olmuş, protokolun digər hissələrinin nədən ibarət olmasını oxumaq mümkün olmamışdır. Belə ki, protokol elə tərtib edilmişdir ki, nə barədə, hansı maddələrlə və hansı əsaslara görə tərtib edilməsini müəyyən etmək mümkün olmamışdır. Protokolun qeyd edilən hissələrində hər hansı hərf, rəqəm və ya sözün oxunması qeyri-mümkün olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində yuxarıda qeyd edilən halı natamamlıq kimi qiymətləndirir və bu səbəbdən də işə mahiyyəti üzrə baxılmasının mümkün olmaması qənaətinə gəlir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiallar geri qaytarılmaldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X1 Şəxs barəsində daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar