Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2646/2022 10.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədirliyi, məhkəmə iclas katibi X1 katibliyilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tənbeh edilməsinə dair xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbehvermə haqqında qərardan X2 verdiyi şikayət ərizəsinə baxaraq müəyyən etdi: X4 Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarındakı məlumatlara əsasən X2 tənbeh edilməsinə səbəb Bakı şəhəri, Xətai rayonu, M.Hadi-Sarayeva küçələrinin kəsişməsi, xx.xx.2021-ci il tarixində, saat 19:26:23-də dayanma və durma qaydalarını pozması olmuşdur. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbehvermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. X2 analoji şikayəti ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixli qərarında şikayətin aidiyyəti məhkəməyə verilməsi ilə əlaqədar öz hüquqi mövqeyini qeyd etsə də, X4 yenidən şikayətini Sumqayıt Şəhər Məhkəməsinə vermişdir. İş materialında olan inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 ünvan 1 ünvanda qeydiyyatdadır. X2 şikayətinə onun yaşadığı yerdə baxılmasına dair ayrıca vəsatəti daxil olmamışdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X4 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə sonuncuya geri qaytarılsın. X3 izah olunsun ki, bu qərardaddakı hüquqi mövqeyə uyğun İXM-nin tələblərinə riayət etməklə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2646/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2646/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver