Məhkəmə qərarları › İş №3(060)-2647/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2647/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2647/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Dəvəçi rayonu, Taxtalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər MK, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qəbul edilmiş qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 535.1-ci maddəsi ilə 10 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 04.08.2021-ci il tarixdə səhər saatlarında Şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 3 saylı şəhər xəstəxanaında polis əməkdaşı X6 tabesizlik göstərmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, həyat yoldaşı X1 “Covid-19” virusuna qarşı vaksinasiya olunması üçün, 04.08.2021-ci il tarixdə, günün birinci yarısında, həyat yoldaşı ilə birlikdə Sumqayıt 3 saylı şəhər xəstəxanasına getmişdir. Xəstəxanada həyat yoldaşı Nadimə ilə yanaşı o, da, 3 yaşlı övladı Hüseyinlə birlikdə vətəndaşların vaksinasiya olunduğu otağa daxil olduqda, xəstəxanada xidmətdə olan polis əməkdaşı, vaksin otağına vaksin olunacaq şəxsdən əlavə kənar şəxslərin daxil olmasına icazə verilmədiyini bildirib, ondan otağı tərk etməyi və həyat yoldaşını çöldə gözləməyini tələb etdi. O, əsəbi halda olduğundan polis əməkdaşının tələbinə məhəl qoymayaraq vaksinasiya otağını tərk etməkdən imtina etmişdir. Polis əməkdaşı onun 3 yaşlı övladı ilə birlikdə, lüzumsuz olaraq vaksinasiya otağına daxil olmağın yol verilməz olduğunu bildirərək, dəfələrlə otağı tərk etməyini tələb etsə də, o, polis əməkdaşı ilə mübahisə etmiş və otaqdan çıxmamışdır. Bu səbəbdən də, həmin polis əməkdaşı xəstəxanaya polis avtomobili çağıraraq onu polis bölməsinə apardılar. Qeyd olunanların nəzərə alınmasını, əməlindən peşmanam olmasını, birdaha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində izahat vermiş X8 izahatında bildirdi ki, 04.08.2021-ci il tarixdə “Covid-19” virusuna qarşı vaksinasiya olunması üçün Sumqayıt 3 saylı şəhər xəstəxanasında xidmətdə olarkən vətəndaş Şəxs vaksinasiya olunduğu otağa daxil olduqda, xəstəxanada xidmətdə olarkən ona bildirmişdir ki, vaksin otağına vaksin olunacaq şəxsdən əlavə kənar şəxslərin daxil olmasına icazə verilmədiyini, ondan dəfələrlə otağı tərk etməyi və həyat yoldaşını çöldə gözləməyini tələb etdi. Lakin vətəndaş Şəxs onun qanuni tələbinə məhəl qoymayaraq otaqı tərk etməmişdir. Daha sonra hadisə yerinə PPX-nin avtomaşınını çağrıldı. Hadisə yerinə PPX avtomaşını gəldi və Şəxs 2-ci polis bölməsinə apardılar. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin, sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs peşimançılığını məhkəmə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200,00 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar