Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2648/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 10 avqust 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4 icra sənədinə əsasən Şəxs cəmi 5537 manat "xxxx" ASCyə, 3281 manat "xxxx" ASC-yə, 6252,89 manat "xxxx" ASC-yə ödənilməlidir. Lakin borclu icra sənədində göstərilən tələbləri icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4049/2020 saylı icra sənədinə əsasən cəmi 6222,89 (altı min iki yüz iyirmi iki manat səksən doqquz qəpik) manat və 30 manat dövlət rüsumu məbləğində pul "xxxx" ASC-yə; 2(060)-1387/2020 saylı icra sənədinə əsasən cəmi 3250,28 manat və 30,40 manat ödənilmiş dövlət rüsumu ondan və X3 tutularaq "xxxx" ASC-yə; 2(060)-488/2021 saylı icra sənədinə əsasən cəmi 2895,96 (iki min səkkiz yüz doxsan beş manat doxsan altı qəpik) və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə; 2(060)- 964/2021 saylı icra vərəqəsinə əsasən cəmi 2613,12 (iki min altı yüz on üç manat on iki qəpik) manat və 30,40 manat ödənilmiş dövlət rüsumu ondan tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Əvvəl işləməyinə baxmayaraq hal-hazırda işsiz olduğu üçün yaranmış borcu ödəməmişdir. Sentyabr ayından etibarən yeni işə düzəlib hər ay 100 manat ödəyəcəkdir. İşsiz olduğundan və əlavə gəlir yeri olmadığından ödəniş edə bilməmişdir. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq tərəflərin izahatlarını, vəkilin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4049/2020 saylı icra sənədinə əsasən cəmi 6222,89 (altı min iki yüz iyirmi iki manat səksən doqquz qəpik) manat və 30 manat dövlət rüsumu məbləğində pul "xxxx" ASC-yə; 2(060)-1387/2020 saylı icra sənədinə əsasən cəmi 3250,28 manat və 30,40 manat ödənilmiş dövlət rüsumu ondan və X3 tutularaq "xxxx" ASC-yə; 2(060)-488/2021 saylı icra sənədinə əsasən cəmi 2895,96 (iki min səkkiz yüz doxsan beş manat doxsan altı qəpik) və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-yə; 2(060)-964/2021 saylı icra vərəqəsinə əsasən cəmi 2613,12 (iki min altı yüz on üç manat on iki qəpik) manat və 30,40 manat ödənilmiş dövlət rüsumu ondan tutularaq "xxxx" ASC-yə ödənməlidir, icra sənədi uzun müddət icra edilməmiş, eyni zamanda qətnamənin icrasına möhlət verilməsi və ya hissə-hissə icra edilməsi üçün məhkəməyə müraciət edilməmişdir. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona cərimə cəzası tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2648/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2648/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver