Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2648/2022 06.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar)-Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hazırda işləməyən, 2-ci qrup əlil, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli və 2(009)-1607/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədləri üzrə toplanmış 11400 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun tələbi üzrsüz səbəbdən icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəməyə bildirdi ki, Səbail Rayon Məhkəməsinin 2(009)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 anaları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilikdə iki uşaq üçün 272 manat sabit pul məbləğində alimentin hər ay alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmiş, Səbail Rayon Məhkəməsinin 2(009)-1607/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 24 dekabr 2013-cü ildə doğulmuş X6 və 09 yanvar 2015-ci ildə doğulmuş X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı icra edilmir, o yayınır, icra məmurunun tələblərinə də əməl etmir. İndiyədək icra vərəqəsi üzrə borc 11400 manat təşkil edir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixli icra sənədlərinə əsasən o iş üzrə tələbkar Zərərçəkmiş şəxs 2 uşağın saxlanması üçün 278 və 308 manat hər ay pul ödəməlidir. Birinci icra sənədi üzrə 18 ay ərzində 4900 manat əvəzinə 1800, 2-ci icra sənədi üzrə isə 16000 manat əvəzinə cəmi 7800 manat ödəniş etmişdir. Ümumilikdə isə hər iki icra sənədi üzrə cəmi 9600 manat ödəniş etmişdir. Hazırda 11400 manat alimnet borcu qalmışdır. Artıq 4 ildən çoxdur ki, 2-ci qrup əlildir, əlilliklə bağlı təyin olunmuş pensiyadan başqa heç bir gəliri yoxdur. Bu səbəbdən təyin olunmuş pensiyanı tam həcmdə alimentı yönəltməyinə baxmayaraq aldığı pensiya alimentin məbləğindən az olduğu üçün hər ay müəyyən məbləğ borc yığılır və 5 il müddətində 11400 manat borc yığılmışdır. Qara ciyərinə su yığılır və ayda bir dəfə onu çəkdirmək üçün həkim yanına gedir. Qara ciyərinə su yığıldığına görə də hər hansı bir fərdi əməklə məşğul ola bilmir. Hazırda pensiyadan başqa heç bir gəliri yoxdur, satışa çıxara biləcəyi əmlak olmadığına görə ödənişləri yalnız indiyə qədər etdiyi qaydada edə bilər. Əməlindən peşmandır. Buna görə də barəsində inzibati tənbeh tədbiq edilməməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs üzrsüz səbəbdən icra sənədini icra etməmək niyyəti olmamışdır, imkanı çatdıqda ödəniş etmiş və edəcəkdir. Ona görə də barəsində işə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs oğlunun epilepsiya xəstəsi olduğunu, özünün maddi vəziyyətinin çox pis olduğunu, artıq uşaqların ehtiyaclarını qarşılaya bilmədiyini bildirdi və alimentin ödənilməsini, əks halda cəza verilməsini xahiş etdi. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-512/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015ci il təvəllüdlü X5 anaları Zərərçəkmiş şəxs yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 136 manat olmaqla, ümumilikdə iki uşaq üçün 272 manat sabit pul məbləğində alimentin hər ay alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2(009)-1607/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən 24 dekabr 2013-cü ildə doğulmuş X6 və 09 yanvar 2015-ci ildə doğulmuş X1 üçün Şəxs tutulan alimentin məbləği artırılaraq hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat məbləğində müəyyən edilmiş və həmin pul vəsaiti bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şəxs hər ay sabit pul məbləğində tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinə dair məlumetdan görünür ki, Şəxs virus mənşəli xroniki C hepatiti, xroniki virus hepatiti C, qaraciyərin dekompensasiya mərhələsi, assit, portal hipentenziya, hepatosplenomeqaliya, assit, ikincili trombositopeniya, qaraciyər serrozuna bağlı trombositopeniya, xroniki qaraciyər çatmamazlığından yaranmış 2-ci qrup əlilliyi vardır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-316/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə təyin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2019-cu il tarixli 3(060)-2495/2019 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları, işin hallarını, borclunun davranışını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlı-vaxtında ödəniş etməmiş, həmçinin icra məmurunun tələblərinə də əməl etməmiş, hazırda 11400 manat aliment borcu qalmışdır. Əvvəllər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəxs barəsində olan işə xitam verilməsi yenidən onun tənbeh edilməməsinə əsas deyildir. Borclu buna görə hesab edir ki, o məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə hesab edir ki, icra sənədi icra olunmalı, aliment ödənilməlidir. Borclunun alimentin ödənilməsi üçün cəhd etməsi, sağlamlıq durumunun imkan verdiyi işlə məşğul olmaq üçün müraciətlər etməsi, uşaqların saxlanılmasına başqa hansısa qaydada kömək etmək istəməsi, borcun ödənilməməsinin onun təqsiri ucbatından baş verməməsi barədə heç bir sübut yoxdur. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Şəxs məsuliyyətini yüngülləşdirən hal 2-ci qrup əlil olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, onun 2-ci qrup əlil olmasını və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2648/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2648/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver