Məhkəmə qərarları › İş №3(060)-2649/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2649/2022

07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2649/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Qubadlı rayonunun Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonunun Qarağac kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı X1 yataqxanasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində qaynatası Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin qarşısında nalayiq əl hərəkəti edərək nalayiq ifadələrlə söymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin qarşısında olarkən onun qaynatası Zərərçəkmiş şəxs və qaynanası Bağırova Hicran İmanxan qızı da orda olmuşdur. Qaynanasının evindən oğurluq olunmuş, o isə oğurluğun onun oğlu tərəfindən edildiyini bildirirlər. Buna görə də, onları tez-tez Polis Bölməsinə çağırırlar. Bölmənin qarşısında qaynanası ona maşını var satsın pulu versin dedikdə o da bunnan əsəbləşərək onun maşınını görən bunu görər deyərək əl hərəkəti etmişdir. Əməlindən peşmandır. Qarabağ veteranı olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin qarşısında həyat yoldaşı ilə birlikdə olarkən qızının əri Şəxs polis əməkdaşlarının yanında ona nalayiq əl hərəkətləri etmiş və həyat yoldaşına nalayiq ifadələr işlətmişdir. Onların evindən xx.xx.2022-ci il tarixdə oğurluq olmuşdur. O, oğurluğun nəvəsi tərəfindən törədiyindən şübhələnmişdir. Bu səbəbdən Qorxmazın oğlunu polis əməkdaşları Polis Bölməsinə çağırmışlar, bundan əsəbləşən Qorxmaz onlarla mübahisə etmiş, ona qarşı nalayiq əl hərəkətləri və nalayiq ifadələr işlətmişdir. Ona görə də onun barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatını dinləyib iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində qaynatası Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin qarşısında nalayiq əl hərəkəti edərək nalayiq ifadələrlə söymüşdür. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar