Məhkəmə qərarları › İş №3(060)-2650/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2650/2021

20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2650/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi Barəsində qərar qəbul edilmiş şəxs Hacıyev Elşad Suliddin oğlunun iştirakı ilə, Hacıyev Elşad Suliddin oğlunun Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X1 10.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə 10 avqust 2021-ci ildə Hacıyev Elşad Suliddin oğlunun Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X3 10.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında material daxil olmuş, iş baxılması üçün təyin edilmişdir. Hacıyev Elşad Suliddin oğlu Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X1 10.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Polis İdarəsinin, 2-ci Polis Bölməsinin polis baş leytenantı X2 tərəfindən 10 avqust 2021-ci ildə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında 10.08.2021-ci il tarixində MN ******* saylı qərar qəbul edilmiş, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə 400 (dörd yüz manat) cərimə edilmişdir. O barəsində tərtib edilmiş MN ******* saylı qərarla razılaşmır. Belə ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 30 kv m obyekt mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin obyekti dostu Sərhad Allahverdiyevə öz ailəsini dolandırmaq məqsədi ilə pulsuz çayxana işlətmək üçün vermişdir. 09.08.2021-ci il tarixində saat 23:10 radələrində Sərhad özü obyektdə şəxsi qəlyanı ilə qəlyan çəkərkən obyektə polis nəfərləri mülki formada daxil olmuş və Sərhadın qəlyan çəkməsini telefon ilə çəkmişlər. 10 avqust 2021-ci ildə saat 05:55-də onun mobil nömrəsinə zəng olunmuş, baş leytenant Niyaz müəllim ona bildirmişdir ki, obyektin sənədlərini gətir, rəis səni gözləyir. O da öz növbəsində polis bölməsinə gəlmiş və bundan sonar barəsində inzibati qaydada cərimə tərtib edilmişdir. Polis nəfərləri obyektə girən zaman o işdə olmuşdur (mühafizəçi işində). Bir daha bildirir ki, o həmin tarixdə qanuna-zidd heç bir hərəkət etməmişdir. Buna görə də hesab edir ki, qərar ləğv edilməlidir. Bundan əlavə maddi imkanı çox acınacaqlı vəziyyətdədir. Məhkəmə iclasında Hacıyev Elşad Suliddin oğlu şikayətin təmin edilməsini və barəsində olan inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin polis sahə rəisi X2 gəlmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt ŞPİ 2-ci PB-nin sahə rəisi tərəfindən tərtib edilmiş 10.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Hacıyev Elşad Suliddin oğlu 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən obyektdə karantin qaydalarını pozduğuna görə barəsində protokol tərtib edilmişdir. Məhkəmə Hacıyev Elşad Suliddin oğlunun şikayətinin dəlillərini işdə olan sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, Hacıyev Elşad Suliddin oğlunun mülkiyyətçisi olduğu obyektdə karantin rejimi qaydaları pozulmuş, orada müştərinin qəlyan çəkməsi faktı qeyd edilmiş və düzgün olaraq barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hacıyev Elşad Suliddin oğlunun şikayətində göstərilən hallar qərarın ləğvi üçün əsas deyildir. Onun obyekti icarəyə verməsi barədə də sübut yoxdur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Beləliklə, Hacıyev Elşad Suliddin oğlunun şitkayəti əsassız olduğundan rədd edilməlidir. Onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hacıyev Elşad Suliddin oğlunun şikayəti təmin edilməsin. Hacıyev Elşad Suliddin oğlunun Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsinə dair Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi polis baş leytenantı X1 10.08.2021-ci il tarixli, MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar