Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2650/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, YAT-10, məhəllə 9 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 535.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* №-li protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Corat qəsəbəsi ərazisində xidmət aparan PPX əməkdaşlarının suallarına qeyri-səmimi cavab verərək nalayiq ifadələr işlədərək, özünü təqdim etməyərək onların qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində ucadan nalayiq söyüşlər söyərək ictimai qaydanı və bölmənin iş rejimini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin tələbinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* saylı və xx.xx.2022-ci il tarixli MN ******* saylı protkollarla bağlı işlər bir icraatda birləşdirilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB-nin nümayəndəsi polis sahə rəisi, polis baş leytenantı X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olarkən PPXT-nin əməkdaşları ona yaxınlaşmışlar və ondan özünün təqdim etməyini tələb etmişlər, bu zaman o onlara 3 aydan artıq müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyini, buna görə də bədənində ağrılar olduğunu bildirərək özünü təqdim etməkdən imtina etmiş, buna görə də polis əməkdaşları onu polisin qanuni əmrinə tabe olmadığına görə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. İndi əməlindən peşmandır, onkoloji xəstədir, bu hərəkətləri xəstəliyinə görə, ağrıları olduğu üçün etmişdir, bir daha belə bir hərəkətə yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:40-da inzibati qaydada tutulmuş, xx.xx.2022-ci il tarixdə saat 13:40-da azad olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli müayinəsinin cavablarından görünür ki, Şəxs sağ ağciyərin yuxarı pay apikal seqmentində 56x50x50 mm ölçüdə nahamar konturlu, heterogen strukturlu törəmə, sağ ağciyərin yuxarı payında 2-3 mm ölçüdə bir neçə ədəd kalsifik parenximal düyün, sol ağciyərin yuxarı pay apikoposterior və aşağı linqulyar seqmentində plevroparenximal fibrotik çəkintilər, sol ağciyərin aşağı payında 2-3 mm ölçüdə bir neçə ədəd kalsifik parenximal düyün, mediastinumda sağ üst, alt paratraxeal nahiyyələrdə 1 sm-dən kiçik ölçüdə bir neçə ədəd limfa düyünü, mediastinumda kiçik varikoz venalar, döş qəfəsinin sağ və sol yan divarında dərialtı genişlənmiş varikoz venalar xəstəliyi vardır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs xx.xx.2022-ci il tarixdə saat 22:15 radələrində Corat qəsəbəsi ərazisində xidmət aparan PPX əməkdaşlarının suallarına qeyri-səmimi cavab verərək nalayiq ifadələr işlədərək, özünü təqdim etməyərək onların qanuni tələblərinə tabe olmamış, polis bölməsinin daxilində ucadan nalayiq söyüşlər söyərək bölmənin iş rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olması, onkoloji xəstə olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs 06 oktyabr 2022-ci il tarixdən, saat 22:40-da tutulmuşdur, 07 oktyabr 2022-ci il tarixdə saat 13:40-da azad olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:40-dan xx.xx.2022-ci il tarixə, saat 13:40-dək tutulduğu müddət nəzərə alınsın və üzərində 150 (bir yüz əlli) manat cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sumqayıt şəhər üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2650/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2650/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver