Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2651/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədov icraatımda olan Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 10 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 10.08.2021-ci il tarixdə saat 14:30 radələrində Novxanı bağları kanalın üstündə Şəxs polisin qanuni tələbinə məhəl qoymayıb. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İXM-nin 106.0.3 və 109.1.6-cı maddələrinin tələbinə əsasən onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilsə də, həmin protokolun inzibati xətanın mahiyyəti hissəsində isə Şəxs polisin qanuni tələbinə məhəl qoymadığı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, İXM-nin 535.1-ci maddəsi isə polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələbinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutur. Tərtib olunan inzibati protokolda isə polisin hansı qanuni tələbinə qəsdən tabe olunmaması qeyd olunmamış, bununla da inzibati protokol səh tərtib olunmuşdur. İnzibati xəta haqqında işin baxılmağa hazırlanmasını müəyyən edən İXM-nin 106.0.3-cü madəsinə əsasən hakim inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini yoxlayır. Həmin məcəllənin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərar qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən hazırkı iş üzrə inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər polis idarəsi 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 10 avqust 2021-ci il tarixli, MN № ******* №li inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə geri qaytarılsın. Hazırkı qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2651/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2651/2021
10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver