Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2651/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixində saat 12:03-də Sumqayıt şəhəri, Sülh H.Əliyev prospekti ərazisində **-MT-*** dövlət nömrə nişanlı “Hyundai Sonata” nəqliyyat vasitəsini idarə edərkən, Sumqayıt şəhəri DYP şöbəsinin YPX əməkdaşı Bəhruz Ələmov onu saxlayaraq qanunsuz olaraq İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 342.5-ci maddəsində nəzərdə tutulmuş işıqforun qırmızı işığında keçmə barədə xətanı törətməsini bildirmiş və ona xx.xx.2024-cti il tarxili, İXP6519964 nömrəli protokol tərtib etmişdir. O, tərtib olunmuş protokoldan narazı olmağıma baxmayaraq, nəticədə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh qərarı çıxartmışdır. Halbuki, bu protokola qərar çıxarılmalı deyildi (yəni qərarsız yazılmalı idi). Barəsində tətbiq edilən inzibati xəta haqqında qərar qanunsuzdur. Belə ki, həmin vaxtı o, yol kəsişməsini keçib qutararkən sarı işıq yanmışdır. Bunun video görüntülərlə də görmək tam mümkündür. Buna görə də ona qanunsuz olaraq cərimə yazılmışdır. Göstərilən bu halı yol patrul xidməti inspektoru Bəhruz Ələmova da bildirmiş, lakin o, öz növbəsində qərəzli olaraq, dediklərinə əhəmiyyət verməyərək qanunsuz protokol tərtib etmiş və nəticədə ona 100 manat məbləğində qanunsuz inzibati cərimə qərarı çıxartmışdır. Bununla bağlı Baş X8 İdarəsinə müraciət etməyinə baxmayaraq, xx.xx.2024-ci il tarixində yazılmış cavab məktubunda onun yuxarıda göstərilən qaydanı pozduğu qeyd edilir və bu tamamilə əsassızdır. Çünki, kamera görüntülərində də görünür ki, qayda pozuntusu yoxdur və onların əsaslandığı qayda pozuntusu adlandırdığı hal tamamilə yanlışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə qərar qəbul etmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan görünür ki, X3 həmin tarixdə “Hyundai Sonata” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində idarə edərkən svetoforun qadağanedici işığında hərəkətini davam etdirmiş, həmçinin xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olmuş və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsini istismar etmişdir. Bunda görə də X3 Azərbaycan Respublikasının İXM-in 327.2 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək İXM-in 327.2-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan video görüntülərdən görünür ki, “Hyundai Sonata” markalı, **- MT-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərək Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində işıqforu keçərək sola dönür. Lakin, həmin vaxt yolda digər çoxsaylı nəqliyyat vasitələri olduğu üçün avtomobilin işıqforun hansı işığında keçəməsini görüntülərə əsasən müəyyən etmək olmur. Bundan sonra həmin avxtomobil YPX inspektoru tərəfindən saxlanılmış və səs qeydlərinə əsasən sürücü inzibati xəta hadisəsini etiraf etməyərək heç bir qayda pozuntusu etmədiyini bildirmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Hyundai Sonata” markalı, **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 ona istinad edilən inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasa da, YPX inspektoru tərəfindən Azərbaycan Respublikası İXM-in 124.3-cü maddəsinin tələbləri gözlənilmədən sürücü barəsində birbaşa inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sürücü inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadığı üçün onun barəsində birbaşa inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarıla bilməzdi və bu halda inzibati xətanı aşkar etmiş səlahiyyətli vəzifəli şəxs, yəni YPX inspektoru inzibati xəta haqqında protokol tərtib etməli idi. Belə ki, Azərbaycan Respublikası İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 tərəfindən xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilən səbəbdən də həmin qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X8 Şöbəsinin YPX inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP6718934 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2651/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2651/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver