Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2652/2024 18.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan Şəxs məhkəməyədək icraat dövründə müdafiə hüququ qanunla müəyyən edilmiş qaydada təmin edilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma” haqqında protokoldan görünür ki, Şəxs 16 oktyabr 2024-cü il tarixdə, saat 23:15-də İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildindiyi üçün inzibati qaydada tutulmuş, 17 oktyabr 2024-cü il tarixdə, saat 19:15 dəqiqədə azad edilmişdir. İXM-nin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. İş materiallarına əlavə edilmiş “Vəkildən imtina edilməsi barədə” ərizədən görünür ki, Elşən Bağırov faktiki olaraq 16 oktyabr 2024-cü il tarixdə saat 23:15-də tutulmasına baxmayaraq o, vəkildən imtina etməsi barədə ərizəni 17 oktyabr 2024-cü il tarixdə vermiş, həmin tarixdə də qeydiyyata alınmışdır. Qeyd edilən normaların təhlilinə əsasən belə qənaətə gəlmək mümkündür ki, inzibati qaydada tutulmuş şəxs tələb etdikdə müdafiəçinin iştirakı mütləqdir. Bu baxımdan şəxsin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olması izah edilməklə bu hüququndan istifadə edib-etməməsi barədə mövqeyinin öyrənilməsi zəruridir. Şəxs imtina etdikdə isə bu hal lazımi qaydada rəsmiləşdirilməlidir (imtinanın yolverilməzliyi halları istisna olmaqla). Lakin, iş materiallarından görünür ki, vəkildən imtina etmək barədə ərizə Şəxs tutulduğu andan alınmamış və həmin an rəsmiləşdirilməmişdir. “Hüseynov və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında, həmçinin “Hacıbəyli və başqaları Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə tutulmuş şəxslərin tutulduqları vaxt və polis nəzarətində olarkən vəkillə təmin olunmamaları Konvensiyanın 6-cı maddəsinin 3-cü yarımbəndinin pozuntusu kimi qiymətləndirilmişdir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti və əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir. Həmin məcəllənin 101.1-ci maddəsi bir qayda olaraq inzibati xəta haqqında protokolun inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilməsini tələb edir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati araşdırma aparıldığı hallarda isə inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edili.r (İnzibati Xətalar Məcəlləsinin 101.2 və 101.3-cü maddələri). Həmin məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-dən daxil olmuş inzibati xəta haqqında material qərarın təsviri hissəsində qeyd olunanlara əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Sumqayıt Şəhər Polis İdarəsi Sumqayıt ŞPİ-nin 5-ci PB qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2652/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2652/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver