Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2653/2022 01.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Telekommunikasiya Qovşağının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3, Qərardan şikayət vermiş şəxs X5 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X5 İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan şikayət verərək, inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X9 məhkəmə iclasında bildirdi ki, X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 1000 (bir min) manat cərimə olunmuşdur. Sumqayıt Telekommunikasiya Qovşağının işçisi X8 qızı X4 Xidmətinə ünvanladığı məktubda onun Sumqayıt Telekommunikasiya Qovşağında (bundan sonra Sumqayıt TKQ) işlədiyi dövr ərzində bütün iş illəri üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə konpensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilmədiyini və xx.xx.2018-ci il tarixli, 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyəti üçün ödənilmiş 597,38 (beş yüz doxsan yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pulun sonradan geri alınması ilə qanunverciliyin tələblərinin pozulduğunu bildirmişdir. X8 qızının müraciəti əsasında X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsində qanunvericiliyin tələblərinin pozulması müəyyən edilərək onun barəsində ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmiş və protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmişdir. X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli protokolu xx.xx.2022-ci il tarixli **********5 saylı göstəriş məktubunun icra edilməməsi ilə əsaslandırılmışdır. X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli Qərarın aşağıdakı səbəblərdən əsassız olduğunu hesab edir. xx.xx.2022-ci il tarixli, **********5 saylı göstəriş məktubunda X8 qızının Sumqayıt TKQ-də işlədiyi bütün illər üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın verilməsi və xx.xx.2018-ci il tarixli, 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyətinə görə verilmiş, daha sonra geri alınmış kompensasiyanın ödənilməsi və 20 iş günü müddətində rəsmi məlumat verilməsi tələb edilmişdir. Həmin göstəriş məktubuna Sumqayıt TKQ-nin xx.xx.2022-ci il tarixli, HKSİŞ-8/847 saylı məktubu ilə (X4 Xidmətinin Abşeron Xızı regional şöbəsinin məktubu Sumqayıt TKQ-yə daxil olduqdan sonra (4 iş günü ərzində) cavab verilmiş və həmin məktubda istifadə edilməyən məzuniyyət günlərinə görə kompensasiyaların verildiyi, o cümlədən verilmiş kompensasiyaların geri alınması barədə heç bir təsdiq edici sənədin olmadığı qeyd edilmişdir. Daha sonra aparılan araşdırma zamanı Sumqayıt TKQnin rəisi vəzifəsini icra etmiş İqbal Süleymanovun xx.xx.2022-ci il tarixli məktubu X4 Xidmətinin Abşeron Xızı regional şöbəsinə ünvanladığı və həmin məktubda X8 qızına xx.xx.2018-ci il tarixli, 352 nömrəli əmrlə istifadə etmədiyi məzuniyyətinə görə ödənilmiş kompensasiyanın geri alınması barədə qeydin olması müəyyənləşdirilsə də, həmin məktuba bunu təsdiq edən heç bir maliyyə sənədi əlavə edilməmiş, əksinə məzuniyyətə buraxılma və kompensasiyanın verilməsinə dair əmrlər təqdim edilmişdir. Qeyd edilənlərdən başqa X8 qızı tərəfindən edilmiş müraciətdə ona verilmiş kompensasiyanın geri alınması iddia edilsə də, nə X4 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən, nə də Xalidə Qaraşova tərəfindən ödənişin geri qaytarılmasını təsdiq edən hər hansı maliyyə sənədi təqdim edilməmişdir. Qeyd etmək istəyirəm ki, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən icrası məcburi olan göstərişin verilməsi, həmçinin müvafiq protokolun verilməsi müvafiq təsdiqedici sənədlərin əsasında həyata keçirilməlidir. X2 Əmək Müfətişiliyi Xidmətinin Abşeron Xızı regional şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktub isə heç bir təsdiqedici sənədlə əsaslandırılmamış və müvafiq araşdırma aparılmadan ünvanlanmışdır. Halbuki, Xalidə Qaraşovaya müvafiq kompensasiyanın verilməsi barədə təsdiqedici maliyyə sənədləri X4 Xidmətinin Abşeron Xızı regional şöbəsinə təqdim edilmişdir və həmin sənədlər kompensasiyanın ödənilməsinə və geri alınmadığına dair əsas hesab oluna bilər, çünki əksini sübut edən heç bir maliyyə sənədi yoxdur. Məlumat üçün bildirir ki, o, 09 avqust 2022-ci ildə Sumqayıt TKQ-nin rəisi vəzifəsinə təyin olunmuş və Qaraşova Xalidə Sultan qızına istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən kompensasiyanın hesablanmasında və ödənilməsində heç bir rolu olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Telekommunikasiya Qovşağının etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında Protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirdi ki, Sumqayıt Telekommunikasiya Qovşağının işçisi X8 qızı X4 Xidmətinə ünvanladığı məktubda onun Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi dövr ərzində bütün iş illəri üzrə istifadə etmədiyi məzuniyyət günlərinə görə konpensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilmədiyini və xx.xx.2018-ci il tarixli, 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyəti üçün ödənilmiş 597,38 (beş yüz doxsan yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pulun sonradan geri alınması ilə qanunverciliyin tələblərinin pozulduğunu bildirmişdir. Araşdırma zamanı Sumqayıt Telekommunikasiya Qovşağı ilə əlaqə saxlanılmış və bu məsələ barədə məlumat verilməsi bildirilmişdir. Sumqayıt Telekommunikasiya Qovşağının rəisi yeni təyin olunduğuna görə məlumat verilməsi üçün 20 gün müddət verilmişdir. 1990-1997-ci illər ərzində olan məlumat təqdim olunsa da, 1997-ci il tarixdən 2016-cı il tarixədək heç bir sənəd təqdim olumamışdır. Qərardan şikayət vermiş şəxs X5 şikayətinin təmin olunmamasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən Sumqayıt Telekommunikasiya Qovşağının rəisi X5 barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. İş materiallarında olan MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan müəyyən olunur ki, X1 Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəis müavini Tural Gözəlovun Sumqayıt Telekommunikasiya Qovşağının rəisi X7 ünvanladığı **********5 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X8 qızının Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi dövr ərzində bütün iş illəri istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb ödənilməsini və xx.xx.2018-ci il tarixli 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyəti üçün verilmiş (Sumqayıt TKQ-nın rəhbərliyinin xx.xx.2022-ci il tarixli HKSİŞ-8/659 nömrəli məktubuna, vətəndaşın müraciəti və izahatına əsasən) və sonradan X.S.Qaraşovadan geri alınmış kompensasiya məbləğinin (597 manat 38 qəpik) vətəndaşa ödənilməsinin təmin olunması və nəticəsi barədə icrası məcburi olan göstəriş məktubu alındığı tarixdən 20 (iyirmi) iş günü ərzində X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinə rəsmi məlumat verilnəsi tələb olunmuşdur. İş materiallarında olan Sumqayıt Telekommunikasiya Qovşağının rəisi X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinə ünvanladığı HKSİŞ-8/847 nömrəli, xx.xx.2022ci il tarixli məktubdan görünür ki, X8 qızına Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi dövr ərzində bütün iş illəri istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb verilmiş və xx.xx.2018-ci il tarixli 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyəti üçün 597 (beş yüz doxsan yeddi) manat məbləğində kompensasiya ondan geri alınmamışdır. İş materiallarında olan 50-359542 nömrəli, xx.xx.2019-cu il tarixli qəbzin surətindən görünür ki, X8 qızı Sumqayıt Telekommunikasiya Qovşağından aldığı 483 (dörd yüz səksən üç) manat məbləğində kompensasiyanı Sumqayıt Telekommunikasiya Qovşağına geri qaytarmışdır. İş materiallarında olan Sumqayıt Telekommunikasiya Qovşağının rəisi X5 Sumqayıt Şəhər Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Qaraşova Xalidə Sultan qızının işlədiyi bütün illər üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi və 1991-1992-ci illər üzrə istifadə etmədiyi məzuniyyətə görə ödənilmiş və daha sonra geri alınmış kompensasiyanın ona ödənilməsi tələbinə dair X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciəti Sumqayıt Telekommunikasiya Qovşağında araşdırılmşıdır. Aparılmış araşdırma nəticəsində Qaraşova Xalidə Sultan qızının Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi 1991-2020-ci illəri əhatə edən dövr üzrə hər il davamlı şəkildə məzuniyyətə çıxmasını təsdiq edən əmrlər və əmrlərin qeydiyyat kitabları aşkar edilmişdir və 1991-1992-ci il üzrə istifadə edilməmiş məzuniyyətə görə 2018-ci il tarixli, 352 nömrəli əmrlə Qaraşova Xalidə Sultan qızına ödənilmiş kompensasiyanın qeyriqanuni olduğu və bu qeyri-qanuni halın digər 22 işçi ilə də baş verdiyi, daha sonra bu məsələ ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğuna müraciət edildiyi müəyyən edilmişdir. Prokurorluğa edilmiş müraciətdən sonra Qaraşova Xalidə və digər işçilər onlara qeyriqanuni ödənilmiş kompensasiyyaları özləri Azərpoçt vasitəsilə geri qaytarmışlar. Azərpoçt MMC-nin təqdim etdiyi 50-359542 nömrəli qəbzdən müəyyən olunur ki, Qaraşova Xalidə Sultan qızına 1991-1992-ci il üzrə istifadə edilməmiş məzuniyyətə görə qeyri-qanuni ödənilmiş və daha sonra onun tərəfindən Azərpoçt vasitəsilə geri qaytarılmış kompensasiya məbləği 579 (beş yüz yetmiş doqquz) manat deyil 483 (dörd yüz səksən üç) manat təşkil edir. Qeyd edilənlərdən göründüyü kimi Qaraşova Xalidə Sultan qızı Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi bütün illər üzrə əmək məzuniyyətindən istifadə etmiş və 1991-1992-ci illər üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiya qeyri-qanuni olduğundan onun özü tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qərardan şikayət vermiş şəxs X5, protokolu tərtib edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndəsinin izahatını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsinin rəis müavini Tural Gözəlovun Sumqayıt Telekommunikasiya Qovşağının rəisi X7 ünvanladığı **********5 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq HKSİŞ- 8/847 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilərək X8 qızına Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi dövr ərzində bütün iş illəri istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanıb verilmiş və xx.xx.2018-ci il tarixli 352 nömrəli əmrlə istifadə edilməmiş əmək məzuniyyəti üçün 597 (beş yüz doxsan yeddi) manat məbləğində kompensasiya ondan geri alınmadığı bildirilmişdir. Bundan əlavə Qaraşova Xalidə Sultan qızının işlədiyi bütün illər üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməsi və 1991-1992-ci illər üzrə istifadə etmədiyi məzuniyyətə görə ödənilmiş və daha sonra geri alınmış kompensasiyanın ona ödənilməsi tələbinə dair X3 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə müraciəti Sumqayıt Telekommunikasiya Qovşağında araşdırılmşıdır. Aparılmış araşdırma nəticəsində Qaraşova Xalidə Sultan qızının Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi 1991-2020-ci illəri əhatə edən dövr üzrə hər il davamlı şəkildə məzuniyyətə çıxmasını təsdiq edən əmrlər və əmrlərin qeydiyyat kitabları aşkar edilmişdir və 1991-1992-ci il üzrə istifadə edilməmiş məzuniyyətə görə 2018-ci il tarixli, 352 nömrəli əmrlə Qaraşova Xalidə Sultan qızına ödənilmiş kompensasiyanın qeyri-qanuni olduğu və bu qeyri-qanuni halın digər 22 işçi ilə də baş verdiyi, daha sonra bu məsələ ilə əlaqədar Sumqayıt Şəhər Prokurorluğuna müraciət edildiyi müəyyən edilmişdir. Prokurorluğa edilmiş müraciətdən sonra Qaraşova Xalidə və digər işçilər onlara qeyri-qanuni ödənilmiş kompensasiyyaları özləri Azərpoçt vasitəsilə geri qaytarmışlar. Azərpoçt MMC-nin təqdim etdiyi 50-359542 nömrəli qəbzdən müəyyən olunur ki, Qaraşova Xalidə Sultan qızına 1991-1992-ci il üzrə istifadə edilməmiş məzuniyyətə görə qeyri-qanuni ödənilmiş və daha sonra onun tərəfindən Azərpoçt vasitəsilə geri qaytarılmış kompensasiya məbləği 579 (beş yüz yetmiş doqquz) manat deyil 483 (dörd yüz səksən üç) manat təşkil edir. Qeyd edilənlərdən göründüyü kimi Qaraşova Xalidə Sultan qızı Sumqayıt Telekommunikasiya Qovşağında işlədiyi bütün illər üzrə əmək məzuniyyətindən istifadə etmiş və 1991-1992-ci illər üzrə istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiya qeyri-qanuni olduğundan onun özü tərəfindən geri qaytarılmışdır. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən X5 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X5 əməlində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2653/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2653/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver