Məhkəmə qərarları › İş №3(060)-2656/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2656/2025

17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2656/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında tərtib edilmişdir. Materiallara əlavə edilmiş qeyd edilən qərarın məzmunundan görünür ki, Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə saat 13 radələrində qonşusu Sədaqət tərəfindən döyüldüyünü bildirmişdir. Toplanmış materiallardan görünür ki, tərəflər arasında baş vermiş münaqişə tərəflərin qarşılıqlı təşəbbüsləri ilə şəxsi münasibətlər zəmnində baş vermiş,həmin vaxt da tərəflər bir-birinə intiqam hissi ilə, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdirlər. Qeyd edilən səbəblərdən və Şəxs əməlində xuliqanlıq hərəkəti olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir ki, Şəxs, Zərərçəkmiş şəxs izahatları alınmışdır. Həmçinin, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi üçün xx.xx.2024-cü ildə məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilmişdir. Lakin, inzibati xəta haqqında icraat başlandıqdan sonra inizbati xəta haqqında protokolu tərtib etmiş polis sahə rəisi tərəfindən iş üzrə zəruri olan şəxslərin izahatı alınmamış, məhkəmə-tibbi ekspertizasının rəyi əlavə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən bu namatamamlıqları tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar