Məhkəmə qərarları › İş №3(060)-2657/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2657/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2657/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi, X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Onkoloji xəstəxananın yaxınlığında X4 məxsus avtomobildən pul və əmək haqqı kartını oğurlamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 4-ci PB-nin sahə rəisi, X5 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Onkoloji xəstəxananın yaxınlığında X4 məxsus avtomobildən pul və əmək haqqı kartını oğurlamışdır. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli hesab edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11:00 radələrində Sumqayıt Onkoloji xəstəxanasında olduğu zaman həkimlərədən birinin öz iş otağından çıxmasını və otağının qapısını kilidləmədiyini görmüş, bundan sonra həmin otağa daxil olduğu zaman otaqda masanın üzərində avtomobil açarı olduğunu görmüş, həmin açarı götürərək otağı tərk etmiş, biraz sonra çöldə gəzdiyi zaman açarın üzərində Rang Rover sözü yazıldığını görmüş və həmin açar ilə yaxınlıqda olan Rang Rover markalı avtomobilin qapısını açmış və avtomobildə olan saxlanc yerindən əmək haqqı kartını və qol saatını götürmüşdür. Oğurluq edən zaman o içkili olmuşdur və həmin əmək haqqı kartını və qol saatını polis əməkdaşlarına təhvil vermişdir. Etdiyi əməldən peşman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında bildirdi ki, o, Sumqayıt Onkoloji Xəstəxanasında həkim işləyir. Hadisədən 2 gün əvvəl otağının açarının itdiyini görmüş və xəstəxanada soruşduqda qapıda oturan qadın açar tapdığının, həmin açarın kimin olduğunu soruşmüş və o, açarın onun olduğunu bildirərək açarı götürmüşdür. xx.xx.2023cü il tarixdə təxminən saat 11:00 radələrində avtomobilinin açarının otaqda olmadığını görmüş, avtomobilini oğurlamaq üçün açarların götürüldüyünü fikirləşərək avtomobilinin yanına gəlmişdir. Avtomobilə yaxınlaşdıqda ona məxsus **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisində olan pul kisəsindən 200 manat, 50 ABŞ dolları və 30 avro pulunun, qol sattının və Azərbaycan Beynalxaq Bankına məxsus əmək haqqı kartının naməlum şəxs tərəfindən oğurlanmasını görmüş və bu hadisə barədə Azərbaycan Respublikası DİN 102 mərkəzinə müraciət etmişdir. Tezliklə polis əməkdaşları gələrək xəstəxananın təhlükəsizlik kameralarına baxış keçirmişlər. Həmin günün axşamı polis əməkdaşlar ona zəng edərək onun avtomobilindən oğurluq edən şəxsi müəyyən etdiklərini və saxladıqlarını bildirmişlər. O da PB-nə getmiş və oğurluq edən şəxsin Şəxs olduğunu bilmişdir. Ona dəyən maddi ziyan ödənilməmişdir və ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarlardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində xırda talama faktının yəni, Azərbacan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməllərinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Sumqayıt ŞPİ-nin 4cü PB-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətaların törədilməsi Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 02 noyabr 2023-cü il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X3 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs X4 vurulmuş zərərin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar