Məhkəmə qərarları › İş №3(060)-2658/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2658/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2658/2023 03.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonu, Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Tərtər rayonu, Sarıcalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş Sumqayıt şəhər polis idarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə 03 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:28 radələrində ünvan 1 ünvanında keçmiş həyat yoldaşı X4 şillə ilə sifətinin sağ nahiyəsindən vuraraq döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X5 izahatında bildirdi ki, X1 Bölməsinə döyülməsi barədə şikayət edib. Şikayət təhqiqatçının icraatına daxil olduqdan sonra müvafiq araşdırılma aparılıb. Şəxs Polis Bölməsinə dəvət olunub, sözügedən hadisənin törədilməsini etiraf edib, bu barədə izahatı alınıb. Həmçinin ekspertiza rəyi də alınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Tərtər rayonundan uşağını görmək üçün gəlmişdi. Belə ki, 317 manat məbləğində təqaüd alır, lakin 380 manat məbləğində aliment ödəyir. Eyni zamanda uşağına hər şey alıb verirdi. Uşağı gəzdirib qayıdaraq zərərçəkmiş şəxsə təhvil verərkən zərərçəkmiş şəxs onu sinəsindən yumruqla vurmuş, daha sonra isə blokda itələmişdir. Əsəbi olduğu və İİ qrup əlil olduğuna görə hirslənərək zərərçəkmişə şillə vurub getmişdir. Həmçinin uşaqla ünsiyyət barədə məhkəmə qərarı yoxdur. Zərərçəkmiş şəxs onu itələmiş, o da şillə vurmuşdur. Həmçinin bildirdi ki, evə getməzdən əvvəl zərərçəkmişə xəbər verməmişdi, belə ki, zərərçəkmiş şəxs ona məxsus mobil nömrəni bloklayıb. Alış-veriş etdiyinə görə evə daxil olmağa çalışıb, törətdiyi əməldə özünü təqsirli bilir. Onun əsas niyəti uşağını görmək olub. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, o, Şəxs itələməmişdir. Həmçinin uşağına da atasının gəldiyini və onunla görüşə biləcəyini bildirmişdir. Şəxs qapını itələyib içəri girmək istəyəndə zərərçəkmiş şəxs icazə verməmişdir. Buna baxmayaraq keçmiş həyat yoldaşı güclə qapını açıb ona şillə vurmuşdur. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, Şəxs ilə 6 il evli olublar, yanvar ayından etibarən ayrı yaşayırlar. Aralarında barışıq yoxdur, uşağının 6 yaşı var və uşağın yanında onu döyür. Hadisə uşağı aparıb gətirəndən sonra olub. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil bildirdi ki, Şəxs uşağı ilə görüşmək üçün 406 km yol gəlib. Həmçinin onun əlilliyi var və törətdiyi əməldən peşmandır. Qeyd olunanların və əlilliyinin olmasının nəzərə alınaraq Şəxs yalnız cərimə olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1669 saylı ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alın nahiyəsinin qançırı. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Rzayevin NK-1/1978 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-in 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-in 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar