Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2658/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi polis mayoru Elmar Hüseynovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 25A/9, 30 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi Elmar Hüseynov Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi Elmar Hüseynov protokola uyğun olaraq izahat vermiş, əlavə olaraq bildirmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs da şikayəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-də təhqiqat araşdırması aparılır. O, protokolu müdafiə etdiyini bildirmiş və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xətanın törədilməsində özünü təqsirli bilmədiyini qeyd etmiş, izahatında göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2001-ci ildə boşanmışdır. Əminə üç uşağı onun üstünə atıb atası evinə getmişdir. 12 ildən sonra qızına elçi gələndə atası gedib Əminəni yaşadıqları evə gətirmişdir. O, qeyri-rəsmi olaraq evli olsa da, ailəsi Ximstroyda yaşayır. Daha sonra Əminə evdən oğurluq etdiyi üçün tez-tez mübahisələri olmuşdur. O, hadisənin 04 oktyabr tarixində deyil, 06 oktyabrda baş verdiyini, 102 zəng xidmətinə onun tərəfindən məlumat verildiyini bildirmişdir. Həmin günü oğlu onu vurmuş, barmağına xəsarət yetirmişdir. Daha sonra bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Əminə evdən oğurluq etdiyi üçün evdə mübahisə baş vermişdir. O, evdən oğurluq etməsinə görə Əminəyə evdən çıxmasını demişdir. Əminəni itəməmişdir və vurmamışdır. Onun əlində çəkic olmayıb. O, Əminə ilə mübahisə edərkən oğlu onun üstünə cummuşdur. O, baş verən hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət etmişdir. O, Əminəni vurmayıb, oğlu qapını sındıranda Əminəni dartıb kənara itələyib. Qeyd edilənlərə əsasən məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Qayınatası rəhmətə getdikdən sonra Şəxs oların yaşadığı ünvana köçmüş və orada yaşamağa başlamışdır. Daha sonra isə onu və uşaqları hədələmiş, evdən çıxartmaq istəmişdir. Tez-tez onları evdən çıxarmaq üstündə mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə o, işdən evə gəldikdən sonra paltaryuyan maşına paltar atmaq istəmiş, Fərəməz ona paltaryuyan maşının atasından qaldığını bildirmiş və imkan verməmişdir. Bundan sonra ona niyə evə gəldiyini, evdən getməsini söyləmişdir. Bu zaman mübahisə baş vermişdir. Fərəməz onu əli ilə, çəkicin sapıyla vurmuşdur. Çəkicin sapıyla onun sağ qolundan vurmaq istəyərkən oğlu onları ayırmışdır. Onların evində tez-tez mübahisələr baş verdiyini, Şəxs ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və məhkəmədən işə ciddi baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, Şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Hazırda onlar ünvan 3 ünvanında birlikdə yaşayırlar. Atası Fərəməz babası öldükdən sonra onların yaşadığı 9-cu mikrorayonda olan ünvana köçmüşdür. Onların evində tez-tez atası ilə anası arasında mübahisələr baş verir. Mübahisənin səbəbi isə atasının anasını evdən çıxarmaq istəməsidir. Anası hər dəfə işdən evə gələn kimi atası ondan evdən çıxıb getməsini istəyir. xx.xx.2025-ci il tarixdə atası anası ilə mübahisə edərkən çəkicin sapı ilə anasını vurmuş, o da araya girib onları ayırmışdır. O, atasının anasına əllə vurduğunu görməmiş, digər otaqda olmuşdur. Daha sonra səs-küyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:42-də Azərbaycan Respublikası DİN-nin 102 xidməti ********** saylı məlumatda qeyd edilmişdir ki, ünvan 4-da yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsindən zəng edərək əri tərəfindən döyülməsi barədə məlumat vermişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs döymüş və nəticədə Zərərçəkmiş şəxs xəsarət almışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 1564 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: Sağ bazunun və təpə nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə taxta parçası ilə yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən cinayət işinin başlanması rədd olunaraq Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə göndərilmişdir. Beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsə də, onun zərərçəkmiş şəxsi vurması təhqiqat zamanı özünün verdiyi izahatla, zərərçəkmiş şəxsin, şahidin izahatları, işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Belə ki, barəsində icraat aparılan Şəxs izahatını təsdiq edəcək sübutlar mövcud deyildir. Proses iştirakçıları məhkəməyə sübutlar təqdim etməkdə sərbəstdir. Məhkəmə, proses iştirakçılarının təqdim etdiyi sübutlar əsasında öz daxili inamına əsasən qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2658/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2658/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver