Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2660/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Əliyev Fikrət Hüseyn oğlu, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiallara baxaraq, müəyyən etdim: Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə 10.08.2021-ci il tarixli, 00700-0166/21 №-li, 10.08.2021-ci tarixli, 00700- 0172/21 №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 28.07.2021-ci il tarixdə Sumqayit Baş Gömrük İdarəsidə **********4394 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Rusiya Federasiyasından 63905533 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilmiş “çöl şpatı” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətiməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi verməli olduğu halda, 25.07.2021-ci il tarixdə saat 05:07-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verməmiş, 24.05.2021-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********1401 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Rusiya Federasiyasından göndərilmiş 6 vaqon (97107791, 53662722, 97117394, 97145197, 97146997, ********) “kvarslı qum” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyənnaməsi verməli olduğu halda, 15.05.2021-ci il tarixdə 11:30-11:34 aralığında Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Hesab edirəm ki, Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10.08.2021-ci il tarixli, 00700-0166/21 №-li, 10.08.2021-ci tarixli, 00700-0172/21 №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2659/2021 №-li və 3(060)-2660/2021 №-li işlər bir icraatda 3(060)-2659/2021 nömrə ilə birləşdirilməli, 3(060)-2660/2021 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 109, 118-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 10.08.2021-ci il tarixli, 00700-0166/21 №-li, 10.08.2021-ci tarixli, 00700-0172/21 №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2659/2021 №-li və 3(060)-2660/2021 №-li işlər bir icraatda 3(060)-2659/2021 nömrə ilə birləşdirilsin. 3(060)-2660/2021 №-li iş birləşdirildiyi üçün həmin nömrə üzrə işin icraatına xitam verilsin. Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2ci maddəsi ilə inzibati xəta haqqında materiallar 3(060)-2659/2021 nömrə ilə məhkəmənin icraatına qəbul edilsin. İşin açıq məhkəmə baxışı «23» avqust 2021-ci il tarixə, saat 17:00-a məhkəmənin binasına təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2660/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2660/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver