Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2662/2023 06.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X17 oğlunun katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Sumqayıt şəhər Polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxslər X1 və X2 iştirakları ilə, xx.xx.1984-cü idə Ermənistan Respublikası, Sisiyan rayonunda anadan olmuş, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 13 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (bundan sonra - İXM) xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə 1-ci PB-nin qarşısında Məmmədov Elsevən adlı şəxsin üzərinə tüpürərək, digər qonşuların yanında nalayiq ifadələr ilə təhqir etmiş və xx.xx.2023-cü il tarixdə 42-ci məhəllə, yataqxana 14-də vətəndaş X4 nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 06 noyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərardadı ilə Şəxs İXMin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 3(060)-2661/2023, 3(060)-2662/2023 №-li işlər bir icraatda 3(060)-2662/2023 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X8 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 13 ünvanında yaşayır. Tək qadın olduğu və öz təhlükəsizliyini təmin etmək üçün mənzilin qapısına kamera quraşdırmışdır. Buna görə binada yaşayan qonşular onunla daim ədavət aparmış və kameranın götürülməsini tələb etmişlər. xx.xx.2023-cü ildə həmin binada yaşayan Vəfa Məhərəmovanın oğlu onun qapısına tüpürdüyü üçün uşağa irad bildirmiş və Vəfa Məhərrəmova buna görə onu təhqir etmişdir. O da bu səbəbdən Vəfa Məhərrəmovaya cavab vermiş və aralarında konflikt yaranmışdır. Sonradan qonşular yığışaraq ondan şikayət etmişlər. Polis bölməsində olarkən isə Elsevən Məmmədova deyil, yerə tüpürmüşdür. Qeyd edilənlərə əsasən Şəxs barəsində olan inzibati xətaya dair işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun azyaşlı uşağını qolundan tutaraq onu zorla qapını silməyə məcbur etmişdir. Buna görə ona irad bildirdikdə isə, qonşuların yanında onu nalayiq ifadələrlə təhqir etmişdir. Elsevən Məmmədov jurnalist olduğu üçün qonşularla birlikdə ona müraciət etmişlər. xx.xx.2023-cü ildə polis bölməsində olarkən Şəxs Elsevən Məmmədovun üstünə tüpürmüşdür. Qeyd edilənlərə əsasən X10 Bayramova barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs barəsində qonşular kollektiv şəkildə ərizə yazmışlar. Bu şəxs onları rahat yaşamağa qoymur. Bununla bağlı video çəkiliş də mövcuddur. xx.xx.2023-cü il tarixində polis bölməsində onlar bölmənin qarşısında dayanıb gözləyərkən, Şəxs bölmədən çıxmış və onun üstünə tüpürmüşdür. Elsevən Məmmədov qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №-li, xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokollara dair işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X9 ifadəsində qeyd etdi ki, o Vəfa Məhərrəmovanın həyat yoldaşıdır. Şəxs problemli şəxsdir. xx.xx.2023-cü ildə Şəxs onun həyat yoldaşı ilə də mübahisə etmiş və onu təhqir etmişdir. Həmçinin onun 5 yaşlı qızını təhqir edərək nalayiq ifadələr işlətmişdir. xx.xx.2023-cü ildə polis bölməsində olarkən Elsevən Məmmədovun dayandığı yerə tərəf tüpürmüşdür. Məhkəmə iclasında şahid X5 ifadəsində qeyd etdi ki, Şəxs ilə etyni binada yaşayır. Qonşular onunla daim problem yaşamışlar. O, qonşuları təhqir edib, onlara tüpürüb. xx.xx.2023-cü ildə Vəfa Məhərrəmova ilə dalaşmış və onu təhqir etmişdir. xx.xx.2023-cü ildə polis bölməsində olarkən Elsevən Məmmədova tərəf tüpürmüşdür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və protokolu tərtib etmiş şəxsi, şahidləri dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddələsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-də göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir (3). Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur (12). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (21). İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır (22). Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-in 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Göründüyü kimi Şəxs müxtəlif vaxtlarda İXM-in 510-cu maddəsində nəzərdə tututulmuş inzibati xətaları törətmiş və tərtib edilmiş inzibati xəta haqqında protokollar bir icraatda birləşdirilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi hər bir əmələ görə cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli, təyin olunmuş tənbeh tədbirləri qismən birləşdirilməli və ona 150 manat cərimə tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 34.4, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2662/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2662/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver