Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2663/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Sumqayıt Tibb Mərkəzi» X10 etibarnamə üzrə nümayəndələri X3 və X4 iştirakları ilə, “Sumqayıt Tibb Mərkəzi” X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə barəsində tərtib edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin (bundan sonra – Dövlət Agentliyi) baş məsləhətçisi Röya Rəcəbli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 268.0.1-ci maddəsi ilə ünvan 1 ünvanında yerləşən “Sumqayıt Tibb Mərkəzi” X10 (bundan sonra - PHŞ) barəsində 02 noyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, PHŞ-nınTəcili Yardım Xəstəxanasında xx.xx.2023-cü il tarixdə yoxlama zamanı müəyyən olunmuşdur ki, ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət üçün tələb olunan xüsusi icazə yoxdur. Bununla da Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanının 3-cü bəndinin tələbi pozulmuşdur. İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-in 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X5 bildirdi ki, AR Prezidentinin fərmanına əsasən bu fəaliyyət növü üçün icazə alınmalıdır. PHŞ-nin nəzdində fəaliyyət göstərək X12 xəstəxanasında ionlaşdırıcı şüa mənbələri olan cihazlar mövcuddur. Lakin, yoxlama zamanı həmin cihazlarla bağlı xüsusi icazənin alınmadığı, həmçinin digər təhlükəsizlik tədbirlərinə riayət edilmədiyi müəyyən edilmişdir. Keçən il də xəstəxanada yoxlama keçirilmiş və cərimə tətbiq edilmişdir. Buna rəğmən nöqsanlar hələ də aradan qaldırılmayıb. Qeyd edilənlərə əsaəsn nümayəndə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, Dövlət Agentliyinin əməkdaşları tərəfindən yoxlama aparılmışdır . Lakin sözügedən nöqsanların aradan qaldırılması üçün müddət verilməsi xahiş edilsə də, verilməmişdir. Qeyd edilənlərə əsasən nümayəndə inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «Sumqayıt Tibb Mərkəzi» X10 etibarnamə üzrə nümayəndəsi X6 inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, PHŞ tərəfindən İXM-in 268.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də PHŞ İXM-in 268.0.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə X8 tədbirinin həyata keçirilməsi barədə Q-22/042 №-li Qərara əsasən Sumqayıt şəhər X12 Xəstəxanasında 09 mart 2022-ci il tarixdən 11 mart 2022-ci il tarixədək plandankənar yoxlama tədbiri həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli, P-22/042 nömrəli Yoxlama Aktına əsasən ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə Dövlət Agentliyindən alınmalı, radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı hazırlanmalı və razılaşdırılması üçün Dövlət Agentliyinə təqdim edilməli, Radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya keçirilməli və onun nəticələri barədə məlumatlar təyin edilmiş formada Dövlət Agentliyinə təqdim edilməli, “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” hazırlanmalı, razılaşdırılması üçün Dövlət Agentliyinə təqdim edilməli, rentgen diaqnostika kabinetlərinin şüalanmadan qorunmasına dair qapalı işlərin (suvaq altında olan divar və örtüklər, torpaqlanma, qapı, idarəetmə otağındakı müşahideə pəncərəsi və s.) aparılması üzrə qəbul aktı Dövlət Agentliyinə təqdim edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, “Sumqayıt şəhər X12 Xəstəxanası” Hüquqi Şəxsi Azərbaycan Respublikası İXM-nin 268.0.1-cü maddəsi ilə təqsirli bilinib inzibati cərimə edilməlidir. İXM-in 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: “Sumqayıt Tibb Mərkəzi” X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 12 000 (on iki min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-2663/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2663/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver