Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2664/2021 20.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs- X3 oğlu və onun müdafiəçisi X1 iştirakları ilə, X3 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 oğlunun verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kapitanı X2 inzibati tənbeh vermə haqqında TP ******* saylı, 04.08.2021-ci il tarixli qərar ilə X3 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələr ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan X3 oğlu Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 28 iyul 2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 03 aprel 2021-ci il tarixdə saat 22:35 radələrində barəsində inzibati xəta haqqında icraat aparılan X3 oğlu etibarnamə əsasında idarə etdiyi VAZ-21074 markalı 90 BE217 nömrə nişanlı avtomobillə Corat qəsəbəsindən çıxaraq İ.Qayıbov küçəsinə daxil olmuş, birinci yol ayrıcını keçib ikinci yol ayrıcından sola dönmək istəmişdir. Birinci yol ayrıcını keçib ikinci yol ayrıcına daxil olan zaman sağ tərəfdən çox yüksək sürətlə xarici avtomobilin yaxınlaşdığını, sonradan “İnfiniti 050” markalı 50AA770 nömrə nişanlı avtomobil olduğunu görmüşdür. Hadisənin qarşısını almaq üçün avtomobili dayandırsa da, həmin avtomobilin sürücüsü hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmiş, nəticədə avtomobilin qabaq sağ tərəfi ilə digər avtomobilin sol tərəfi toqquşmuş, hadisə zamanı bədən xəsarəti alan olmasa da hər iki avtomobilə maddi zərər dəymişdir. Hadisə yerinə DYPŞ əməkdaşları gəlmiş, hadisə yerində araşdırma aparmış, izahatları alıb, hadisə yerinin sxemini çəkmişlər. Lakin hadisə yerinin yaxınlığında “Təhlükəsiz şəhər” kamerası, eyni zamanda orada yerləşən mağazanın kamerası olduğu halda heç bir görüntüyə baxılmamış, digər avtomobilin sürücüsünün kimliyi müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 oğlu şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, digər avtomobilin sürücüsü müəyyən olunmuş sürət məhdudiyyətindən yuxarı sürdüyü üçün hadisənin qarşısını ala bilməmişdir. Həmçinin belə olduğu halda “Yol-nəqliyyat hadisələri” üzrə ekspertiza təyin olunmalı olsa da, ekspertiza təyin edilməmiş, “Təhlükəsiz şəhər” kamerası, mağaza kameraları olduğu halda görüntülərə baxış keçiriləcəyinə söz verilsə də həmin görüntülər qərəzli şəkildə gizlədilmiş və əsassız olaraq inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ -nə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X3 oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nin TP ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 oğlunun iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kapitanı X2 inzibati xəta haqqında TP ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3cü maddələrndə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ Yol Patrul Xidməti İnspektoru polis kapitanı X2 TP ******* saylı, 04 avqust 2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X3 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-2664/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2664/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver