Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2667/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında olan hüquqi şəxs Şəxs ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 27 oktyabr 2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC 130674.00 ABŞ dolları məbləğində vəsaiti 14 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 67523,74 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin nümayəndəsi X5 protokola etiraz edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Həmin protokolda qeyd olunmuşdur ki, Şəxs ASC tərəfindən 130.674,00 ABŞ Dolları məbləğində vəsait xx.xx.2021-ci il tarixində xaricə köçürülmüş, lakin 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabından 67.523,74 ABŞ Dollan məbləğində vəsait hesabına alman malları ölkəyə idxal etməmiş, həmin vəsait geri qaytarılmamışdır. Bununla bağlı bildirir ki, Rusiya Federasiyasının “EVRAZ OZSMK” ilə Şəxs ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli ******* saylı müqavilə üzrə Şəxs ASC tərəfindən "xxxx" ASC vasitəsilə 1.926.324 ABŞ Dolları məbləğində vəsait “EVRAZ OZSMK”-a köçürülmüşdür. Həmin köçürmələr üzrə "xxxx" ASC-də olan Şəxs QSC-in bank hesabına 1.457.009,50 RUB məbləğində vəsait “EVRAZ OZSMK” tərəfindən geri qaytarılmışdır. Həmçinin qeyd edilən müqavilə üzrə köçürülən 1.926.324 ABŞ Dolları məbləğində vəsait hesabma alınan mallar ölkəyə tam həcmdə idxal edilmişdir. Bununla bağlı Şəxs ASC "xxxx" ASC-yə rəsmi müraciət edərək, Şəxs ASC ilə Rusiya Federasiyasının “Ao X4- X2” arasında bağlanmış ******* nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında həyata keçirilmiş pul köçünnələri barədə və DİADEM ASC-nin (VÖEN: **********) Expressbank ASC-də olan RUB hesabından “X6 X1” kontragentindən xx.xx.2022-ci il tarixində 1 457 009.50 RUB məbləğin geri qaytarılması haqqında arayış sənədinin təqdim edilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Sorğumuza cavab olaraq göndərilmiş 21 noyabr 2023-cü il tarixli arayışda Şəxs ASC -nin həmin bankda olan hesabına 30 dekabr 2022-ci il tarixdə 1.457.009,50 RUB məbləğin geri qaytarıldığı bildirilmişdir. Bundan sonra Şəxs ASC "xxxx" ASC-yə əlavə rəsmi qaydada müraciət edərək bildirmişdir ki, Şəxs ASC ( VÖEN:**********) ilə Rusiya Federasiyası ’’Evraz Obedinenniy X1" АО arasında xx.xx.2018-ci il tarixli ******* saylı alqısatqı müqaviləsi bağlanılmış və bu müqaviləyə uyğun olaraq xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinə qədər 1.926.324 USD məbləğdə avans ödənişləri tərəflərindən həyata keçirilmişdir ki, həmin avans ödənişləri ilə bağlı "xxxx" ASC üzrə xx.xx.2019-cu il tarixdə 100000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 100000 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 448325 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 672180 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 201960 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 73185 ABŞ dolları və xx.xx.2021-ci il tarixdə 130674 ABŞ dolları məbləğində vəsaitlər köçürülmüşdür. Həmin müraciətdə həmçinin bildirmişik ki, xx.xx.2019 xx.xx.2022-ci il tarix aralığında yuxarıda göstərilən şirkət tərəfindən avans məbləğlərinə tam uyğun olaraq mal-material dəyərləri ixrac edilmiş və Azərbaycan Respublikasına idxal olunaraq bu barədə AR Gömrük Komitəsinə bəyannamələr (YGB) təqdim edilmişdir. Azərbaycan Respublikasının “Valyuta tənzimi” haqqında qanununun tələblərinin icra edilməsi məqsədilə mütəmadi olaraq idxal olunmuş valyuta sərvətləri üzrə YGB-lərin Expressbank ASC-nin müvafiq filialına təqdim edilməsinə baxmayaraq, həmin YGB-lər Expressbank ASC tərəfindən müvafiq qaydada, vaxtında qeydə alınmamışdır. Bu texniki səbəblərə görə köçürülmə üzrə sifariş verilmiş mallar tam həcmdə ölkəyə gətirildiyi halda, nəticə etibarı ilə bir neçə YGB-si (**********0748; **********2518; **********0170; **********4326; **********9574), qeydiyyat sıralamaları pozulduğu üçün vaxtı-vaxtında, müvafiq qaydalara uyğun qeydə alınmamış və nəticədə Şəxs ASC barəsində əsassız olaraq inzibati xəta protokolu tərtib edilmişdir. Yuxarıda göstərilənləri, Respublikadan kənara çıxarılmış valyuta məbləğlərinin müqabilində Respublikaya valyuta sərvətlərinin tam olaraq daxil olmasını, tərəflərindən yuxarıda göstərilmiş qanunun hər hansı bir tələbinin pozulmadığını nəzərə alaraq bankda bağlanmamış kimi görünən avans məbləğlərinin bağlanma üçün qeydə alınmamasının səbəbi barədə onlara arayış verilməsini xahiş etmişlər. Həmin müraciətə göndərilən cavab məktubunda bildirilmişdir ki, açıq qalan köçürmələr üzrə gömrük bəyannamələri vaxtlı-vaxında banka təqdim edilmədiyinə görə qeydə alınmamışdır. Mərkəzi Bankın razılığı əsasında həmin köçürmələr üzrə malların idxal edildiyi qeydə alına bilər. "xxxx" ASC vasitəsi ilə köçürülən 1.926.324 USD məbləğdə vəsait üzrə malların idxal edildiyini təsdiq edən Gömrük bəyannamələrinin nömrələrini və həmin Gömrük bəyannamələrində qeyd olunan idxal olunan malların invoys dəyəri haqqında məlumatlar verilmişdir. ******* saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə Şəxs ASC tərəfindən köçürülmüş vəsait hesabına alınmış mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. Köçürülmə üzrə sifariş verilmiş mallar tam həcmdə ölkəyə gətirildiyi halda, yuxanda qeyd etdiyimiz texniki səbəblərə görə, nəticə etiban ilə bir neçə YGB-si sıralamaları pozulduğu üçün, vaxtı-vaxtında, müvafiq qaydalara uyğun qeydə alınmamış və 67523,74 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə gətirildiyi halda həmin malların idxal edilməsinə dair məlumatlann qeydə alınmamışdır. Bu inkar edilməz faktlar təsdiq edir ki, yuxanda qeyd olunan müqavilə üzrə bütün mallar ölkəyə idxal edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, 130674.00 ABŞ dolları məbləğində vəsaiti 14 oktyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 67523,74 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 oktyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni Sumqayıt şəhəri, Corat ŞTQ, məhəllə 71, ev 3 ünvanında baş vermişdir. - xx.xx.2020-ci il tarixli, **********0748 saylı gömük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq AO “Evraz ZSMK” tərəfindən Şəxs ASC-yə invoys dəyəri müvafiq olaraq 32868.00 USD olan dəmir çubuqlar göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, **********2518 saylı gömük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq AO “Evraz ZSMK” tərəfindən Şəxs ASC-yə invoys dəyəri müvafiq olaraq 31.493,26 USD olan armatur göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, **********9574 saylı gömük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq AO “Evraz ZSMK” tərəfindən Şəxs ASC-yə invoys dəyəri müvafiq olaraq 87.286,50 USD olan armatur göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, **********0170 saylı gömük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq AO “Evraz ZSMK” tərəfindən Şəxs ASC-yə invoys dəyəri müvafiq olaraq 29.146,50 USD olan armatur göndərilmişdir. - xx.xx.2020-ci il tarixli, **********4326 saylı gömük bəyannaməsindən görünür ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq AO “Evraz ZSMK” tərəfindən Şəxs ASC-yə invoys dəyəri müvafiq olaraq 28.761,60 USD olan armatur göndərilmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 200/200/0875/2023 saylı məktubundan görünür ki, Şəxs ASC-nin hesabına AO “Evraz ZSMK” şirkəti tərəfindən xx.xx.2022-ci il tarixdə 1.457.009,50 rubl vəsait daxil olmuşdur. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 200/200/0892/2023 saylı məktubundan görünür ki, **********0748, **********2518, **********9574, **********0170 və **********4326 saylı gömük bəyannamələri tarix uyğunsuzluğu səbəbindən qeydə alınmamışdır. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 001/026/7516/2023 saylı məktubundan görünür ki, gömük bəyannamələrinin tarixi köçürmələrdən əvvəlki tarixə olduğundan bu bəyannamələr ilə açıq qalan avans köçürmələri bağlamaq mümkün deyil. Beləliklə müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən 14 oktyabr 2021-ci il tarixdə xaricə AO “Evraz ZSMK” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar ölkəyə idxal edilmiş, qalan məbləğ isə xx.xx.2022-ci il tarixdə 1.457.009,50 rubl şəklində Şəxs ASC-nin hesabına qaytarılmışdır. Köçürülmüş vəsaitlərə görə müvafiq olaraq **********0748, **********2518, **********9574, **********0170 və **********4326 saylı gömük bəyannamələrinin olmasını "xxxx" ASC öz məktubu ilə də təsdiq etmiş və həmin bəyannamələrin tarix uyğunsuzluğu səbəbindən qeydə alınmadığını göstərmişdir. Beləliklə də, bankın təqdim etdiyi məktubla **********0748, **********2518, **********9574, **********0170 və **********4326 saylı gömük bəyannamələrinin mövcudluğu, dolayısı ilə həmin bəyannamələr üzrə malların ölkəyə idxalı təsdiqini tapır. Müvafiq mallar ölkəyə faktiki olaraq idxal edilsə də gömrük bəyannamələrində olan tarix uyğunsuzluğu səbəbindən qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən xaricə AO “Evraz ZSMK” şirkətinin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar faktiki olaraq ölkəyə idxal edildiyi, qalan məbləğ isə xx.xx.2022-ci il tarixdə 1.457.009,50 rubl şəklində Şəxs ASC-nin hesabına qaytarılması səbəbindən Şəxs ASC-nin əməlində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4 53.1.1, və 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2667/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2667/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver