Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2668/2021 11.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin sahə rəisi polis leytenantı X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərarlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li, 11 avqust 2021ci il tarixli MN seriyalı ******* №li və 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, o, 06.08.2021-ci il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə “Fəxri” marketin qarşısında “Qaz 31” markalı nəqliyyat vasitəsindən 200,00 manat dəyərində “Samsung” markalı telefon oğurlamışdır; Şəxs 06.07.2021-ci il tarixdə 47-ci məhəllə, ev 15 ərazisində binanın həyətində su matorunu oğurlamışdır; Şəxs 02.07.2021-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllədə “Chevrolet Cruze minik” markalı, **-ZU-*** dövlət qeydiyyat nömrəli avtomobilin sol qabaq şüşəsini sındıraraq sürücülük vəsiqəsini və 50,00 manat pul kisəsini oğurlamışdır. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 11 avqust 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li, 11 avqust 2021ci il tarixli MN seriyalı ******* №li və 11 avqust 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)- 2667/2021, 3(060)-2668/2021 və 3(060)-2669/2021 №li işlər bir icraatda 3(060)- 2667/2021 nömrə ilə birləşdirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 33(060)-2667/2021, 3(060)-2668/2021 və 3(060)-2669/2021 №li işlər bir icraatda 3(060)-2667/2021 nömrə ilə birləşdirilsin. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2668/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2668/2021
11.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver