Məhkəmə qərarları › İş №3(060)-2668/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2668/2022

10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2668/2022 10.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6, icra sənədi üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Rabitə və Texnologiya Kollecində məcburi köçkünlər yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən 10 oktyabr 2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi üzrüsüz səbəbdən icra etməmiş, habelə icra məmurunun çağrışlarından yayınmışdır. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutulan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmədə protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1.500,00 manat pul tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilməlidir. Borclu üzürsüz səbəbdən icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, həmçinin icra məmurunun çağrışlarından yayınmışdır. Borcluya dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilmişdir. Borclu axtarış qərarı nəticəsində tutularaq İcra idarəsinə gətirilmişdir. Hal-hazırda icra sənədi üzrə tələbkar qeyd olunan borcunun tam ödənilməsini tələb edir. Borclu qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti ilə bağlı rəsmi olaraq Sumayıt şəhəri üzrə İcra idarəsinə hər hansı bir məlumat daxil olmamışdır. Bu səbəblə də borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X5 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1.500,00 manat pul tutularaq ona ödənilməlidir. Hal-hazırda icra sənədində qeyd olunan borcdan bu günədək heç bir ödəniş olmamışdır. Bu səbəbdən də borcun tam ödənilməsini tələb edərək borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 1.500,00 manat pul tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilməlidir. Qərarda qeyd olunan avtomobil birgə nikah dövründə alınsa belə, sözü gedən avtomobil 2016 - 2017-ci illərdə birgə nikah dövründə satılıb, əldə olunan pul ailə daxilində xərclənmişdir. Lakin o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından razı deyil və hal-hazırda qərardan apellyasiya şikayəti vermişdir. Qeyd olunanlara əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, cavabdeh Şəxs vəkili X3 Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti , ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Şəxs vəkili X3 apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verdiyi vəsatət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. İş materialında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1574/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1574/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdeh Şəxs vəkili X3 buraxılmış apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə verdiyi vəsatəti təmin edilməmişdir. Şikayət qismən təmin edilmiş, şikayət qalan hissədə təmin edilməmişdir. İş materialında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1574/2021 nömrəli qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hazırki iş üzrə tərəflərin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs qanunvericiliyin tələblərini pozaraq üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, borclunun, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, icra sənədində göstərilən tələbi üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar