Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2670/2022 24.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 07 oktyabr 2022-ci il tarixli, EP № 0002791, 00700-0205/22 saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 32-ci məhəllə, Sülh küçəsi, Qalatasaray ticarət mərkəzi olan Şəxs VÖEN: ********** (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 485.1-ci maddəsinə əsasən 07 oktyabr 2022-ci il tarixli EP № 0002791, 00700-0205/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından daxil olmuş “rezin sinlər yük avtomobilləri üçün” yükü xx.xx.2022-ci il tarixli **********2124 sorqu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Bas Gömrük idarəsində bəyan olunduğu, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 157ci maddəsinə əsasən "xxxx" MMC tərəfindən təqdim edilmiş **********2124 sorqu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü yoxlanması zamanı xx.xx.2022-ci il tarixli **********2124 sorqu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsi 95A56110/95A56210 göstərildiyi halda, həmin yükə aid təqdim edilən xx.xx.2022 ci il tarixli **********3611 sorqu nömrəli QİB-də nəqliyyat vasitəsi bəyannamənin 21-ci qrafasında 15AB963/964 qeyd olunduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 10 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və protokolu tərtib etmiş Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 485.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 40,00 AZN olan Şəxs MMC xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********3611 sorğu nömrəli Qısa idxal bəyannaməsindən görünür ki, **********3611 sorğu nömrəli Qısa idxal bəyannaməsinin 21ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 15AB963/964 qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli **********2124 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, **********2124 sorğu nömrəli Gömrük Bəyənnaməsinin 18-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 95A56110/95A56210 qeyd edilmişdir. İş materiallarında olan barəsində icraat aparılan şəxsin sorğu sual edilməsi haqqında 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, İnterşin” MMC-nin etibarnamə ilə nümayəndəsi X1 izahatında göstərmişdir ki, Şəxs MMC ünvanına Çin Xalq Respublikasından daxil olmuş “rezin sinlər vük avtomobilləri üçün” yükü xx.xx.2022-ci il tarixli **********2124 sorğu nömrəli gömrük bəyannaməsi ilə Sumqayıt Baş Gömrük idarəsində bəyan olunmuşdur. Tərəflərindən təqdim edilmiş gömrük bəyannaməsində göstərilən nəqliyyat vasitəsi bəyannamənin 18-ci qrafasında 95A56110/95A56210 kimi göstərildiyi halda, həmin yükə aid təqdim etdikləri xx.xx.2022 ci il tarixli **********3611 sorğu nömrəli qısa idxal bəyannaməsində nəqliyyat vasitəsi bəyannamənin 21-ci qrafasında 15AB963/964 olaraq qeyd edilmişdir. Bu texniki səhv olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "İnterşin” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ölkə ərazisinə Çin Xalq Respublikasından 95A56110/95A56210 nömrə nişanlı avtomaşının üzərində olan WOSU ******* nömrəli konteynerdə idxal etdiyi “rezin sinlər yük avtomobilləri üçün” yükünü Sumqayıt Baş Gömrük İdarəsində **********2124 sorqu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. "İnterşin” MMC xx.xx.2022-ci il tarixdə Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postundan keçməklə 95A56110/95A56210 nömrəli nişanlı avtomaşının üzərində olan WOSU ******* nömrəli konteynerdə ünvanına daxil olmuş yüklərə dair əvvəlcədən tərtib edilərək gömrük orqanına elektron qaydada verdiyi **********3611 sorqu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 21-ci qrafasında yük nəqliyyat vasitəsini 95A5611Q/95A56210 bəyan etməli olduğu halda, 15AB963/964 kimi bəyan etməklə gömrük orqanına təhrif olunmuş məlumatlar verdiyi müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Sumqayıt Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 07 oktyabr 2022-ci il tarixli, EP № 0002791, 00700-0205/22 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını həmin məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhəddindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. İXM-nin 485.1-cü maddəsinə görə Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və 30, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 32-ci məhəllə, Sülh küçəsi, Qalatasaray ticarət mərkəzi olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2670/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2670/2022
24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver