Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2670/2023 28.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Şikayət vermiş şəxs Muradov Orxan Xanmurad oğlunun iştirakı ilə, Muradov Orxan Xanmurad oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı X2 Xanmurad oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Muradov Orxan Xanmurad oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinə əsasən qəbul edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X5 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, OPEL ASTRA minik markalı, 90VA012 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. xx.xx.2023-cü il tarixdə Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən saxlanılmış, nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyini bildirmişlər. O isə avtomobili idarə edərkən sözügedən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etdiyini və heç bir qayda pozuntusu etmədiyini, əgər etmişdirsə də bunu sübut etməyə borclu olduğunu qeyd etsə də, onun sözlərini nəzərə almayaraq ona qayda pozuntusuna yol verdiyini bildirmişlər. Bununla razı olmadığını və əgər qayda pozuntusuna yol vermişdirsə ona cərimə yazmasını bildirmişdir. Belə ki, qayda pozuntusuna görə yazılan protokolu yol patrul əməkdaşından tələb etsə də, onda kağız olmadığını və protokolu elektron qaydada tərtib edəcəyini bildirmişdir. O isə protokolu kağız formasında tələb etdiyində bu halı başqa yol patrul əmədaşlarına bildirmiş və onlar yaxınlaşaraq ona protokol tərtib etmilər və həmin protokolu kağız formasında ona təqdim etmişlər. Daha sonra isə ona İXP5812372 nömrəli protokol tərtib edildiyini və İXM 327.1-ci və 327.2-ci maddələrini rəhbər tutaraq cərimə yazıldığını öyrənmişdir. Bildirdiyi halları DYP avtomobilində quraşdırılmış videomüşahidə kamerası və qanunun tələbinə əsasən əməkdaşın üzərində olan səsyazıcihazı vasitəsiylə sübut etmək mümkündür. Qeyd edir ki, cərimə tamamilə əsassız və qanunsuzdur. Avtomobili idarə edən zaman 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etdiyini bildirmişdir. Bu halı onlara izah etməyə çalışsa da nəticəsi olmamışdır. Qərarı rəsmi qaydada 04 noyabr 2023-cü il tarixdə əldə etmişdir. AR-nm İXM-nin 327.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini və ona təyin olunmuş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Muradov Orxan Xanmurad oğlu izahatında bildirdi ki, o, heç bir qayda pozuntusuna yol vermədiyi halda yol polis əməkdaşları onu saxlamış və protokol tərtib etmişlər. Belə ki, qeyd olunan yolda geriyə dönməni qadağan edən nişan olmadığından dönmə edə bilər. Odur ki, şikayətinin təmin olunmasını və barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Muradov Orxan Xanmurad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta törətdiyinə görə barəsində 80 (səksən) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş diskdən görünür ki, “Opel Astra minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcıya tabe olmayaraq geriyə dönmə əməliyyatı etmişdir. Həmçinin videogörüntüdən görünür ki, hadisənin baş verdiyi ərazidə yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforun siqnallarının tələbinə əsasən yalnız düz istiqamətdə və sağa dönmə əməliyyatı üçün icazə vardır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən “Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Qanununun 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də xx.xx.2023-cü il tarixdə “Opel Astra minik” markalı, **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Muradov Orxan Xanmurad oğlu Sumqayıt şəhəri, Sülh küçəsi ilə H.Əliyev küçələrinin kəsişməsində nizamlayıcının və svetoforun siqnallarının tələbinə zidd olaraq sola dönmə əməliyyatı edərək yol hərəkəti qaydalarını pozmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Muradov Orxan Xanmurad oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Muradov Orxan Xanmurad oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Muradov Orxan Xanmurad oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən Muradov Orxan Xanmurad oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, TP ******* saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2670/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2670/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver