Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2671/2023 07.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ayan (FİN- 7LN85T) X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi X12 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında 07 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri Nizami küçəsində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifəsini icra edərkən onların qanuni tələblərinə tabe olmamışdır. X1 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin polis sahə rəisi, polis leytenantı X12 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, Nizami küçəsində olan zaman əsəbi olduğu üçün ucadan nalayiq ünvansız ifadələr işlədən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirərək ictimai yerdə nalayiq ifadə işlətməməyi ondan tələb etmişlər. Bu zaman o çox əsəbi olduğu üçün onların qanuni tələblərinə tabe olmamışdır. Öz hərəkətini davam etdirmişdir. Bu zaman polis əməkdaşları onu polis bölməsinə dəvət etmişlər. O polis bölməsinə getməkdən imtina edən zaman onu məcburi qaydada 4-cü PB-nə gətirmişlər. Xəstə anası var, ona tək baxır, etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yügül inzibati tənbeh olan cərimə cəzası verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 müdafiəçisi X14 bildirdi ki, X2 əməllərində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhəri, Nizami küçəsində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Təbriz Şahmarlı ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadə və küçə söyüşləri işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərərək onu nizam-intizama dəvət edib ictimai yerdə nalayiq ifadələr işləməməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman onlar həmin şəxsi polis bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla bölməyə gəlməyə etiraz etmişdir. Onlar həmin şəxsi məcburi qaydada nəqliyyat vasitəsinə əyləşdirərək 4-cü PB-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 da digər şahid X8 izahatına oxşar izahat verərək onun dediklərini təsdiq etdi. İş materiallarında olan Sumqayıt ŞPİ CAŞ-nin əməliyyat müvəkkili, polis polis leytenantı Təbriz Şahmarlının xx.xx.2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:40 radələrində Sumqayıt şəhər Nizami küçəsində Sumqayıt ŞPİ-nin CAŞ-nin polis baş leytenantı Orxan Musayevlə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin ucadan nalayiq ifadə və küçə söyüşləri işlətdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərərək onu nizam-intizama dəvət edib ictimai yerdə nalayiq ifadələr işlətməməsini bildirmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman onlar həmin şəxsi polis idarəsinə dəvət etmişlər. Həmin şəxs onlarla bölməyə gəlməyə etiraz etmişdir. Onlar həmin şəxsi məcburi qaydada nəqliyyat vasitəsinə əyləşdirərək 4-cü Polis Bölməsinə gətirib təhvil vermişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 45D, mənzil 68-də yaşayan xx.xx.1995ci il təvəllüdlü X4r. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, inzibati materiallara əlavə olunmuş X2 törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. X2 məsuliyyətini yüngülləşdirən hal əməlindən peşman olmasıdır, onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, X2 şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarından görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 22:20 radələrində tutulmuş və azadlığı həmin vaxtdan məhdudlaşdırılmışdır. Buna görə də inzibati həbsin əvvəli 06 noyabr 2023-cü ildən, saat 22:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X10 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 06 noyabr 2023-cü ildən, saat 22:20-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil X14 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM SAMİR İSMAYİLOV
Məhkəmə qərarları › İş №3(060)-2671/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2671/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver