Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2671/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs LCP MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ‘‘LCP’’ Məhdud Məsuliyyətli Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ‘‘LCP’’ Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ‘‘LCP’’ MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC tərəfindən 35972.00 ABŞ dolları məbləğində vəsait 03 oktyabr 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 35972.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2025-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən hüquqi şəxsin nümayəndəsi X3 izahatında bildirdi ki, sözügedən protokol broker tərəfindən invoice-də edilən texniki səhvə görə tərtib edilmişdir. Belə ki, həmin vəsait qarşılığında sifariş edilən avadanlıqlar idxal edilmişdir. Bu yanlışlığın düzəldilməsi ilə bağlı həm Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə, həm də Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişlər. Mallar idxal olunanda bəyannəmənin 81-ci qrafasında yanlışlığa yol verilmişdir. MMCtərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməməsini nəzərə alaraq məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb qanunvericiliyin tələbini rəhbər tutaraq hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, **********6579 saylı gömrük bəyannaməsindən görünür ki, 35972.00 ABŞ dolları məbləğində vəsaitin hesabına alınan mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, “məlumat üçün bildirmək istəyirik ki, LCP MMC şirkətimiz tərəfindən (köhnə adı: ECOPAPER MMC) xx.xx.2023-cü il tarixdə (YGB sorğu nömrəsi **********679) İnvoys dəyəri 39722 USD olan Avadanlıq və materiallar idxal edilmişdir. Həmin məhsullara görə satıcı tərəfindən bizə təqdim olunan xx.xx.2023-cü il tarixli, TSD239059E saylı proforma invoys (gömrük kodu: 2********) ilə tərəfimizdən xx.xx.2023cü il tarixdə 35972 USD və xx.xx.2023-cü il tarixdə isə 4000 USD olmaqla, cəmi: 39972 USD müəssisənin Kapital bank hesabından xarici kontragent olan SHENZEN TSD LASER EQUİPMENT CO LTD şirkətinin bank hesabına köçürülmüşdür. Alış ilə bağlı xx.xx.2023-cü il tarixli xx.xx.2023/1 saylı müqavilə (gömrük kodu: 2********) xx.xx.2023-cü il tarixdə DGKnin e custom portalı vasitəsi ilə qeydiyyatdan keçirilmişdir. İdxal sənədlərində ödəniş tapşırıqları, praforma invoys, müqavilə, avadanlıq və materialların idxalı ilə bağlı digər təsdiqedici sənədlər öz əksini tapmışdır. Ödənişlərin xx.xx.2023-cü il tarixli, TSD239059E saylı proforma invoys (gömrük kodu: 2********) ilə edilməsinə baxmayaraq YGB-də 4011 qrafasında xx.xx.2023/1 saylı müqavilə nömrəsi qeyd edilmişdir. Qeyd edilənlərlə bağlı tərəfimizdən Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edilmişdir. Yuxarıda qeyd edilənləri və idxal edilmiş mallara görə ödənişin tam edildiyini nəzərə almağınızı və bu barədə köməklik göstərməyinizi xahiş edirəm” məzmununda müraciət olunmuşdur. Şəxs MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, “Məlumat üçün bildirmək istəyirik ki, LCP MMC şirkətimiz tərəfindən (köhnə adı: ECOPAPER MMC) xx.xx.2023-cü il tarixdə (YGB sorğu nömrəsi **********679) İnvoys dəyəri 39722 USD olan Avadanlıq və materiallar idxal edilmişdir. Həmin məhsullara görə satıcı tərəfindən bizə təqdim olunan xx.xx.2023-cü il tarixli, TSD239059E saylı proforma invoys (gömrük kodu: 2********) ilə tərəfimizdən xx.xx.2023-cü il tarixdə 35972 USD və xx.xx.2023-cü il tarixdə isə 4000 USD olmaqla, cəmi: 39972 USD müəssisənin Kapital bank hesabından xarici kontragent olan SHENZEN TSD LASER EQUİPMENT CO LTD şirkətinin bank hesabına köçürülmüşdür. Alış ilə bağlı xx.xx.2023-cü il tarixli xx.xx.2023/1 saylı müqavilə (gömrük kodu: 2********) xx.xx.2023-cü il tarixdə DGK-nin e custom portalı vasitəsi ilə qeydiyyatdan keçirilmişdir. İdxal sənədlərində ödəniş tapşırıqları, praforma invoys, müqavilə, avadanlıq və materialların idxalı ilə bağlı digər təsdiqedici sənədlər öz əksini tapmışdır. Ödənişlərin xx.xx.2023-cü il tarixli, TSD239059E saylı proforma invoys (gömrük kodu: 2********) ilə edilməsinə baxmayaraq YGB-də 44-cü qrafada xx.xx.2023/1 saylı müqavilə nömrəsi və 8001 kodunda xx.xx.2023 tarixli commercial invoys qeyd edilmiş, proforma invoys isə qeyd edilməmişdir. Əlavə olaraq 44-cü qrafada 8001 koduna xx.xx.2023-cü il tarixli, TSD239059E saylı proforma invoys (gömrük kodu: 2********) qeyd olunması zərurəti yaranmışdır. Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və YGB- də düzəliş edilməsi ilə bağlı köməklik göstərməyinizi xahiş edirəm” məzmununda müraciət olunmuşdur. Məhkəməyə elektron qaydada müraciət edən Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə Fuad oğlu ərizəsində bildirmişdir ki, “Hörmətli məhkəmə, icraatınızda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulmasına dair 3(060)-2671/2025 nömrəli inzibati xəta haqqında iş üzrə xx.xx.2025 10:20-ə məhkəmə iclası təyin edilmişdir. İnzibati protokol və ona əlavə edilmiş sənədləri sübut qismində qəbul edərək iştirakımız olmadan inzibati işə baxılması və "xxxx" MMC barədə qərarın çıxarılması məhkəmənin mülahizəsinə buraxılır.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X7 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə qeyd aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Konstitusiyanın 59-cu maddəsinin tələblərinə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində valyuta tənzimi qaydasının pozulmasına görə məsuliyyətin nəzərdə tutulması sahibkarlıq sahəsində dövlət maraqlarının müdafiəsi, o cümlədən beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması, valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, son dövrlər ölkədə sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlığın inkişafı məqsədi ilə biznes mühitinin daim yaxşılaşdırılması, sahibkarlıq sahəsində dövlət maliyyələşmə mexanizminin daha da təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi, sahibkarlığın inkişafı sahəsində normativ-hüquqi sənədlərin qəbulu və qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətin iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən sahələr üzrə sahibkarın həyata keçirdiyi müstəqil bir iqtisadi fəaliyyət növüdür. Mülki Məcəllənin 13-cü maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi üçün heç bir əsas mövcud deyildir. Əks halda hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsi ilə qanunun tətbiqində yanlışlığa yol verilmiş və ya yanlış təfsiri nəticəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin hüquqları və qanunla qorunan mənafeləri pozulmuş olar. Belə ki, Şəxs tərəfindən xx.xx.2023-cü ildə invoys dəyəri 39722 ABŞ dolları olan avadanlıq və materiallar idxal edilmişdir.Qeyd olunan avadanlıqlara görə də satıcı şirkət tərəfindən "xxxx" MMC-nə təqdim olunan xx.xx.2023-cü il tarixli. TSD239059E saylı proforma invoys ilə hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixli 35972 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə isə 4000 ABŞ dolları olmaqla, cəmi 39972 ABŞ dolları xarici şirkətin hesabına köçürülmüşdür. Alış ilə bağlı xx.xx.2023-cü il tarixli, xx.xx.2023/1 saylı müqavilə xx.xx.2023-cü il tarixdə Gömrük Komitəsinin gömrük portalı vasitəsilə qeydiyyatdan keçirilmişdir. Qeyd olunan hal iş materiallarında olan ödəniş tapşırığı, praforma invoysu. Müqavilə, avadanlıq və materialların idxalı ilə bağlı sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 iş gün ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Beləliklə, yuxarıda qeyd olunan normaların tələblərindən məlum olur ki, inzibati xətanın mövcudluğu o halda baş verir ki, ödəniş aparıldığı gündən 2 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd hüquqi şəxs tərəfindən banka təqdim olunmasın. Protokol və digər iş materiallarından isə aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə pul vəsaiti köçürülmüşdür. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, hüquqi şəxs tərəfindən təsdiqedici sənədin qanunvericiliklə müəyyən olunmuş müddət 2 (iki) il ərzində Banka təqdim edilməməsi halı müəyyən edilmədiyindən onun məsuliyyətə cəlb olunması qanunauyğun deyildir və hazırkı məqamda işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. -10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata mallar ölkəyə idxal olunduğu və portalda müvafiq qeydiyyat aparıldığından, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 2 ünvanında olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-2671/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2671/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver